Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının sonuncu yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 milyon manat məbləğində istiqraz çıxarılacaqdır.
“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, istiqrazlar satışa 100,8167 qiyməti ilə təqdim ediləcək. İstiqrazlar 2022-ci il yanvarın 22-də ödəniləcəkdir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçiriləcəkdir. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcəkdir.
Sorğu
Yeni dizaynımız necədir?