Dünən İstanbul Kartal Təhsil və Araşdırma Xəstəxanasında on yaşında bir qız ana olub. Hadisə dünən axşam saat 21.00 -də baş verib. Xəstəxanaya gətirilən H.Ç., təcili doğum bölməsinə alınıb və bir uşaq dünyaya gətirib.
Ana H.Ç-nin şəxsiyyət vəsiqəsində doğum tarixi 05.01.2003 yazılıb. Yəni 10 yaşında bir uşaq doğub.
Həkimlər hadisəni dərhal polisə bildiriblər. Türkcə bilməyən ananın ifadəsi tərcüməçinin köməyi ilə alınıb. Həmçinin qızın həyat yoldaşının və atasının da ifadələri alınıb. Hadisə ilə bağlı istintaq başladılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?