Bakıda daha bir ana doğuş zamanı dünyasını dəyişib. Hadisə 28 oktyabrda səhər saatlarında baş verib. 23 yaşlı Həlimə Əzimova Dəmiryolu Xəstəxanasında doğum şöbəsində doğuş zamanı ölsə də, onun dünyaya gətirdiyi oğlan uşağı xilas olunub.
Dəmiryolu Xəstəxanasının baş həkimi Laçın İmanov ana ölümü ilə bağlı ANS PRESS-ə açıqlama verib. Baş həkim açıqlamasında doğuş zamanı dünyasını dəyişən ananın qanaxmadan öldüyünü bildirib: “Oktyabrın 28-i, saat 04:00 radələrində 23 yaşlı Həlimə Akif qızı Əzimova qəbul olunub. Saat 04:30 radələrində doğum başlayıb. Doğuş çox ağır keçib. Doğum zamanı çox nadir rast gəlinən DVS patologiyası, yəni qan laxtalanmaması olub. Yəni atonik qanaxma baş verib".
Həkimin sözlərinə görə, doğuşu həkimlər Nigar Abdullayeva və Tamilla Bağırova qəbul edib. Vəziyyəti pisləşən səstəyə qan köçürülüb, süni nəfəs verilib. "Bir sözlə, həkim briqadası əlindən gələni edib. Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb”.
Baş həkim onu da bildirib ki, ananın dünyaya gətirdiyi körpənin çəkisi 4 kiloqram olub. Dünyaya gələn oğlan uşağının vəziyyəti yaxşıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?