GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sosial şəbəkə terroru: onu necə durdurmalı... - "...mütəşəkkil cinayətkar şəbəkəsi formalaşır"

Sosial şəbəkə terroru: onu necə durdurmalı... - "...mütəşəkkil cinayətkar şəbəkəsi formalaşır"

Tarix: 1-07-2020, 12:04 Bölmə :Cəmiyyət Baxış: 427
Sosial şəbəkə terroru: onu necə durdurmalı... - "...mütəşəkkil cinayətkar şəbəkəsi formalaşır"


Dünyada, o cümlədən Azərbaycanda bir sosial şəbəkə terroru yaşanır. Kim istəsə, hansısa məşhur adam, redaktor, deputat, yazıçı, məmur haqqında ağlına gələni yazır, söyür, təhqir edir və dəstək toplayıb, həmin adamı ictimai qaydada gözdən salır. Artıq bəzi tanınmış, ətrafına like dəstəsi yığmış sosial media terrorçuları da peyda olub. Onlar bir sıra adamlara “xərac” da kəsirlər. “Pul ver, yoxsa səni biabır edəcəm” deyə... Ya da kimdənsə pullu sifariş alıb, sifarişçinin hədəf göstərdiyi hər kimsəni ictimai qaydada aşağılayır, təhqir edir, onu nüfuzdan, üzdən-gözdən salır. Artıq qarşıda “Sosial şəbəkə terrorunu necə durdurmalı?” sualı ciddi şəkildə dayanıb. Belə insanlardan, onların qurbanları şikayət etməlidirmi, etsə, daha da çox hədəfə gəlməyəcəkmi, belə şikayətlərin anlamı varmı, onlara hansı cəzalar düşür?

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirdi ki, sosial şəbəkələrlə bağlı məsələ get-gedə çox ciddi şəkildə problem olaraq ortalığa çıxır. Bu problem təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində var. Hətta dünyanın bəzi aparıcı ölkələri sosial şəbəkələrə, xüsusi olaraq “Facebook”a qarşı narahatlıqlarını bəyan edirlər. ABŞ kimi dövlətin prezidenti belə, artıq sosial şəbəkələrdə senzura, qayda-qanun yaradılmasının vacibliyindən danışırlar: “Terrorun təbliğinin aparılması hallarına da artıq sosial şəbəkələrdə rast gəlirik. Bu da onu göstərir ki, sosial şəbəkələrdə ciddi problemlər var. Bu problemlər aradan qalxmalıdır. Mən bir-bir sadalamaq istəmirəm. Sosial şəbəkələrin fəaliyyətindən narazılıqlar var və bu narazılıqlar əsaslıdır. Bu narazılıqların səbəbi bir deyil, bir neçədir. Sosial şəbəkələrdə cəmiyyətdə pozuculuq yayan fikirlərə daha çox yer verilir. Terrora çağırışa yer verilməsi problemi mövcuddur. Peşəkar medianı sıradan çıxarıb əvəzində xaosun hökm sürdüyü yeni ”media" formalaşdırmaq prosesi də sosial şəbəkədə müşahidə olunur. İnsanların şəxsi həyatına müdaxilə, şəxsi həyat sirlərinin açılması, reklamla, bizneslə məşğul olub vergi ödəməmək kimi problemlər də sosial şəbəkələrdə var. Bütün sadalanan və digər problemlər getdikcə özünü çox qabarıq şəkildə göstərir.

Azərbaycanda da bu problem qabarıq şəkildə özünü göstərir. Amma Azərbaycanda sosial şəbəkələrin sadaladığımız problemlərlə yanaşı həm də fərqli nüansları ortaya çıxır. Azərbaycanda sosial şəbəkə istifadəçilərinin şəbəkələşməsi prosesi gedir. Özü də bu, neqativ yöndə şəbəkələşmədir. Buraya biz xüsusi troll dəstələrinin yaranmasını qeyd edə bilərik. Trollardan əlavə hətta bəzən açıq tekstlə, açıq profillərlə çıxış edən, amma siyasi, iqtisadi, maliyyə maraqları olan qruplar olduğu müşahidə edilir. Bu cür qruplar da şəbəkələşirlər və o şəbəkə vasitəsilə müəyyən siyasi, iqtisadi qrupları, fərdləri təzyiqə məruz qoyurlar, çox kəskin kampaniya aparırlar. Belə demək mümkündürsə, Azərbaycan seqmentində neqativ yöndə sosial şəbəkə istifadəçilərinin mütəşəkkil cinayətkar şəbəkəsi formalaşır. İsan haqlarının, hüquqların pozulması müşayiət olunur".

M.Ələsgərli qeyd etdi ki, Azərbaycan demokratik ölkədir və söz azadlığı var. Amma bu o demək deyil ki, söz azadlığı varsa təhqir, qarayaxma, böhtan, şəxsi həyata müdaxilə yolveriləndir.

Ekspert bildirdi ki, hələlik dünyanın hər hansı ölkəsində, o cümlədən Azərbaycanda birbaşa sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı ayrıca qanun yoxdur: “Hələlik bunun mexanizmi də yoxdur. Amma vəziyyət, gedişat göstərir ki, bu məsələni özbaşına da buraxmaq olmaz. Buna görə də ayrı-ayrı ölkələr özlərinin bildikləri kimi bu problemə qarşı hüquqi mübarizə aparırlar. Bəzi ölkələr var ki, həmin zərərli proseslərə meydan verən sosial şəbəkələrin fəaliyyətini müvəqqəti də olsa bloklayırlar. Məsələn, Türkiyə və digər bir neçə ölkələrin praktikasında bu var. Bəzi ölkələr var ki, orada sosial şəbəkələrdə qeydiyyata düşmək üçün xüsusi prosedurlar tətbiq olunur. Məsələn, belə bir praktika var ki, insanlar sosial şəbəkədə səhifə yaratmaq üçün simvolik məbləği öz kart hesablarından ödəyirlər. Simvolik məbləğ ödənən anda həmin şəxsin kartında olan şəxsi məlumatlar qeydə alınır. Gələcəkdə həmin insanları bu məlumatlarla nəzarətdə saxlamaq mümkün olur. Amma hələ ki tətbiq olunan bu praktikaların heç biri tamamilə nəticə verməyib. Azərbaycanda ayrı-ayrı qanunlara dəyişiklik edilir. 2013-cü ildən başlayaraq Azərbaycan qanunvericiliyində dəyişikliklər edilir ki, onlayn media resurslarının və sosial şəbəkə resurslarının fəaliyyətini tənzimləmək mümkün olsun. Məsələn, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə bir bənd əlavə olundu ki, həmin bəndə əsasən təhqir və böhtan sosial şəbəkə, yaxud onlayn mediada olsa da məsuliyyət yaradır. 2016-cı ildə saxta profillərdən istifadəni qadağan edən maddə qanuna əlavə olundu. Tənzimləmə üçün qanunvericilikdə bu cür addımlar atılır. Amma görünür ki, bunlar yetərli deyil. Çünki əvvəla, Azərbaycanda qəbul olunan bu cür qanunlar, qadağalar Azərbaycanın ərazisində keçərlidir. Sosial şəbəkələrə isə dünyanın hər yerindən qoşulmaq mümkündür. İkincisi, bütün profilləri, paylaşımları nəzarətdə saxlamaq və tədbir görmək problemi var”.

Ona görə də M.Ələsgərli hesab edir ki, hazırda bu məsələdə əsas yük düşür sosial şəbəkə istifadəçilərinin və sosial şəbəkələrdə təhqirə, böhtana, hücuma məruz qalan şəxslərin üzərinə. Onlar şəxslərinə sosial şəbəkədə həyata keçirilən təhqir, böhtan, kampaniya barədə hələlik hüquq-mühafizə orqanlarına müraciət etməli və qanuni ölçü götürülməsini istəməlidirlər: “İnsanlar müvafiq qurumlara müraciət etməklə özlərinin təhlükəsizliyinin qorunması üçün addımlar ata bilərlər. Bununla həm də digərlərinə nümunə ola bilərlər. Güman edirik ki, dünyada bu problem qabardığı üçün məsələ ciddi şəkildə diqqət mərkəzinə gələcək və ölçü götürülməsi üçün vahid modellər hazırlanacaq.//“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlqarə niyə sosial şəbəkə profillərini bağladı?

    İlqarə niyə sosial şəbəkə profillərini bağladı? ...

    1-08-2017, 19:16

  • 
  • Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ

    Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə ...

    15-11-2014, 09:40

  • 
  • ​Nazirlikdən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ: Nazirliyinin adından və loqotipindən...

    ​Nazirlikdən sosial şəbəkə istifadəçilərinə ...

    18-04-2019, 12:27

  • 
  • “O insanın nəsil-nəcabətini…” – Roza Zərgərlidən ağır sözlər

    “O insanın nəsil-nəcabətini…” – Roza Zərgərlidən ...

    2-07-2018, 23:12

  • 
  • Sosial şəbəkədə biabırçılıq:Bədənini görmək istəyirəm... - VİDEO

    Sosial şəbəkədə biabırçılıq:Bədənini görmək ...

    28-04-2016, 16:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu