Müdafiə Nazirliyi cəbhədə erməni helikopterini vuran müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlunun özünün və ailəsinin video və fotolarının sosial şəbəkələrdə və mətbuatda yayılmasına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən azVision.az-a verilən açıqlamada Muradov İlkin Məmməd oğlunun video və fotolarının yayılmasının düzgün olmadığı qeyd olub: “Həmin şəxsin foto və videolarının sosial şəbəkələr və müxtəlif yolla yayılması düzgün deyil”.
Nazirlikdən bunun qarşısını almaqla bağlı hər hansı tədbirin görüləcəyi ilə bağlı heç bir məlumat verilməyib. Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Sorğu
Yeni dizaynımız necədir?