GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Ölkə » Cəmiyyət » “Maska tələbini saxlayın, lakin iş yerlərini açın” - AKTUAL

“Maska tələbini saxlayın, lakin iş yerlərini açın” - AKTUAL

Tarix: 12-01-2021, 11:34 Bölmə :Cəmiyyət Baxış: 30
“Maska tələbini saxlayın, lakin iş yerlərini açın” - AKTUAL


Geridə qoyduğumuz 2020-ci ilin mart ayından bu günə kimi pandemiya şəraitində yaşayırıq. Koronavirus (COVID-19) infeksiyasının yayılmasından dolayı dünyada və Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur.


Ötən bir ilə yaxın müddətin əksər vaxtlarında restoranlar, ticarət mərkəzləri, müxtəlif ictimai iaşə obyektləri fəaliyyətini dayandırdı. Həmçinin, bir çox iş yerləri məsafədən fəaliyyətə keçdi, bəziləri isə növbəli iş rejimində xidmət göstərdi. Nəticədə xeyli sayda insan işini itirdi və ya onlayn iş rejimində çalışmaq məcburiyyətində qaldı.

Bütün bunların iki əsas təsiri var: maddi-sosial və psixoloji. İnsan nə qədər məhdudiyyətlərlə, qadağalarla, maddi sıxıntılarla üzləşərsə, onun psixoloji durumu da bir o qədər zədələnər.
Sosioloq Lalə Mehralı AYNA-ya deyib ki, ətrafımızda pandemiya səbəbi ilə işini, gəlir yerini itirmiş işsizlər ordusu görünür: “Vəziyyət getdikcə pisləşir. Kafelərdə, restoranlarda, sexlərdə və bu kimi əksər günəmuzd əməkhaqqı verən yerlərdə işləyənlər üçün pandemiya, karantin fəlakət deməkdir, işsiz qaldığı gündən etibarən yemək, kommunal, kirayə probleminin yaranacağı deməkdir. Necə ki, müşahidə edirik”.

“İnsanlar acdır, işsizdir, çətinlik çəkirlər. SMS-icazə sistemi tətbiq olunandan bəri nə qədər cərimələnən vətəndaş olub, ürək ağrısı ilə izləyirik... Bu insanlar evlərindən 10 manat gündəlik çörəkpulu üçün çıxır, tutub 200 manat cərimələyirlər ki, SMS-in 2 dəqiqə vaxtı keçib. Neyləsin bu adam? Evində çörək, yemək gözləyən körpəsi var, nə desin onlara?”, - sosioloq bildirib.

Mehralı hesab edir ki, iş yerləri açılmalıdır: “Maska tələbini qüvvədə saxlasınlar, sosial məsafəni qorumağı məcbur etsinlər, amma iş yerlərini açsınlar. Axı, hamı dövlət işində işləmir, maaşı aybaay hesablanmır. Tər töküb gündəlik qazanır çoxu, o imkanı da əllərindən alanda neyləməlidir? Valideynləri xəcalətli etməyin övladının yanında, şərait yaradın işləsin, ailəsinə baxsınlar. Əgər belə davam etsə, ciddi problemlər olacaq, həm ailələrdə, həm ümumi cəmiyyətdə. Evlərə qapanan insanların psixoloji vəziyyəti yaxşı deyil, boşanmalarla bağlı ciddi artım olacaq, evlilik sayı azalıb, demoqrafiq problem astanasındayıq”.

Psixoloq Fərqanə Mehmanqızının da AYNA-ya şərhinə görə, mövcud qadağalar insanların psixologiyasına ciddi təsir edib: “İnsanlarda aqressiya yaranıb, xəstəliyə yoluxma qorxusundan panik atak, depressiya və bu kimi digər psixoloji pozuntular meydana çıxıb. Toplumun psixologiyası bu gün aqressiyaya meyillidir. Üstəlik, müharibə şəraiti və şəhidlərimizin olması insanların həyatını dəyişdi, onlara həyatın başqa bir üzünü göstərdi”.

“Bütün dünyada olduğu kimi bizim də toplumda böyük travmalar yaradıb. İnanırıq ki, dövlət proqramları tətbiq edilərək, bu cür travmalar aradan qaldırılacaq. Mütləq şəkildə reabilitasiya kursları, seminarlar və s. təşkil olunmalıdır ki, yardıma ehtiyacı olan şəxslər bu travmalardan qurtulsunlar. “Yellə gələn sellə gedər” misalına sığınaraq deyim, ümidim var ki, 2021-ci ildə bu bəla bitər və hər kəs normal həyatına geri dönər”, - psixoloq bildirib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Restoranlarda xidmət tam bərpa edilir

    Restoranlarda xidmət tam bərpa edilir ...

    8-09-2020, 11:58

  • 
  • Turizm və ictimai iaşə sektorunda böhran dərinləşir -TƏHLİL

    Turizm və ictimai iaşə sektorunda böhran ...

    28-08-2020, 14:26

  • 
  • Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-dək uzadılıb

    Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-dək ...

    10-06-2020, 10:10

  • 
  • Azərbaycanda karantin rejiminin müddəti yenidən uzadıldı - RƏSMİ

    Azərbaycanda karantin rejiminin müddəti yenidən ...

    29-05-2020, 17:27

  • 
  • Azərbaycanda xüsusi karantin rejimi 31 maya qədər uzadıldı

    Azərbaycanda xüsusi karantin rejimi 31 maya qədər ...

    1-05-2020, 17:00

  • 
  • Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

    Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi ...

    29-03-2020, 16:28



Bu sayımız

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Yanvar 2021 (251)
Dekabr 2020 (582)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (678)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (595)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (353)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu