GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Turizm və ictimai iaşə sektorunda böhran dərinləşir -TƏHLİL

Turizm və ictimai iaşə sektorunda böhran dərinləşir -TƏHLİL

Tarix: 28-08-2020, 14:26 Bölmə :İqtisadiyyat Baxış: 1 495
Turizm və ictimai iaşə sektorunda böhran dərinləşir -TƏHLİL


Turizm və onunla əlaqəli olan ictimai iaşə sektoru, yəni restoran, kafe və yeməkxana biznesi dərin böhran keçirir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-iyul aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədləri ilə həyata keçirilib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 618,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da azalıb. Bu dövrdə xaricə gedənlərin sayı 3,1 dəfə azalaraq 996,5 min nəfər olub.

Dünyada koronavirus infeksiyasının sürətlə yayılması turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalmaya səbəb olub. Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalmadır.

Turist səfərlərinin azalması nəticəsində mart, aprel, may, iyun və iyul aylarında ötən ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcmi xeyli azalıb. Cari ilin iyul ayında ictimai iaşə dövriyyəsi ötən ilin iyul ayı ilə müqayisədə 3,7 dəfə kiçilib. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 50,2 faiz azalaraq 415,3 milyon manat olub.

Bu vəziyyətin yaranmasına daxili turizmin böhran keçirməsi də mənfi təsir edib. Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan insanların regionlara, regionlarda yaşayanların isə əks istiqamətə hərəkətinə qadağa tətbiq edildiyindən daxili turizm dərin böhran keçirir.

Bəs, yaranmış vəziyyətdən turizm və ictimai iaşə müəssisələrini necə xilas etmək olar?

Vəziyyətdən çıxış yolu yalnız məhdudiyyətlərin aradan qaldırılmasından asılıdır. Amma məhdudiyyətlərin aradan qaldırılması forması turizm mütəxəsislərinin və epidemoloqların, həkimlərin rəyi nəzərə alınmaqla təmin edilməlidir. Hansı işlərin görüləcəyi barədə turizm qurumları və Operativ Qərərgah birgə qərar verməlidir.

Turizmin və ictimai iaşə müəssisələrinin dövriyyəsinin artırılması üçün ilk növbədə daxili turizmin inkişafı imkanları nəzərdən keçirilməlidir. Bu məqsədlə vahid konsepsiya yaradılmalıdır. Onun əsasında hansı rayonlarda daxili turizmi inkişaf etdirməyin mümkün olduğu aydınlaşdırılmalıdır. Həmçinin yeni epidemioloji vəziyyətə uyğun, pandemiya standartlarına uyğun şərait yaradılmalıdır ki, insanlara orada normal sanitar-epidemioloji vəziyyətdə, qida təhlükəsizliyinə əməl edilməklə xidmət göstərilsin. Bu standartları işləyib hazırlamaq lazımdır.

Karantin müddəti uzandığına görə tədbirlər cari il üçün yox, növbəti il üçün hazırlanmalıdır. Daxili turizmi inkişaf etdirmək istəyiriksə, regionlarda olan hotellərin, kafe və restoranların bütün şəraiti, postpandemiya dövründə necə işləməsi barədə tövsiyələr verilməli, həmin kafelər, restoranlar, hotellər öz standartlarına uyğun obyekti hazırlamalıdırlar.

İlk növbədə sanitar-epidemioloji şərait yaradılmalıdır, daha sonra hotellər fəaliyyətə başlamalıdır. Yeni turizm növləri də inkişaf etdirilməlidir ki, Azərbaycandan xaricə gedən turistlər artıq ölkədə istirahət etsin.

Bu dövrdə turizm şirkətlərinin bir çoxunun bağlanması, işçilərinin ixtisar olunması gözlənilir. Ancaq çalışmaq lazımdır ki, daha az itkilərlə yeni mərhələyə keçid edilsin.

Mövcud şəraitdə yeni turizm xidmətlərinə keçid baş verməsə sektorun yenidən inkişafı üçün gələcəkdə daha böyük səyləyə ehtiyac yaranacaq. Bunu nəzərə alaraq artıq bir çox ölkə turizm və ictimai iaşə sektoruna "yaşıl işıq” yandırıb. Azərbacanın da oxşar addımı atması vacibdir./Sfera.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pandemiya nəticəsində turizm sektoruna dəyən ziyan açıqlandı

    Pandemiya nəticəsində turizm sektoruna dəyən ...

    25-08-2020, 14:23

  • 
  • 8 aylıq statistika - Azərbaycana gələn də artıb, gedən də...

    8 aylıq statistika - Azərbaycana gələn də artıb, ...

    19-09-2018, 13:14

  • 
  • Restoranların üçdə birindən çoxu Bakıda cəmləşib

    Restoranların üçdə birindən çoxu Bakıda cəmləşib ...

    6-12-2013, 18:03

  • 
  • Bakıda turizm şirkətinin rəhbəri müştərilərini soydu

    Bakıda turizm şirkətinin rəhbəri müştərilərini ...

    23-07-2015, 08:07

  • 
  • SOCAR-ın idarəsi qeyri-neft sektoru üzrə ixracda lider olaraq qalır

    SOCAR-ın idarəsi qeyri-neft sektoru üzrə ixracda ...

    30-08-2019, 16:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu