GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Ölkə » Kirminal » “Bacınla gəzmişəm, əcəb eləmişəm...” – Yeniyetmələrin qanlı davası

“Bacınla gəzmişəm, əcəb eləmişəm...” – Yeniyetmələrin qanlı davası

Tarix: 19-10-2020, 16:02 Bölmə :Kirminal Baxış: 78
“Bacınla gəzmişəm, əcəb eləmişəm...” – Yeniyetmələrin qanlı davası


Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü İsaxan Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İsaxan Şirəliyev tanışı və həmyaşıdı Nail Nəsiblinin onun bacısı ilə yaxın münasibətdə olması barədə şayiə yaydığı üçün bu məsələyə aylınlıq gətirmək məqsədilə Hövsan qəsəbəsində dəniz kənarına çağırıb.

O, Nail Nəsiblidən bacısı barədə belə söhbətləri edib-etmədiyini soruşub. Nail Nəsibli əvvəlcə ona qarşı saymazlıq edib cavab verməməsi, sonra isə tanışlarının yanında “bacınla gəzmişəm, əcəb eləmişəm” deyərək təhqir etməsindən əsəbiləşib. Özündə olan bıçaqla Nailə bir neçə bıçaq zərbəsi vurub. Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən İsaxan Şirəliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqdirləndirilən şəxs qismində ifadə verən İsaxan Şirəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Nail Nəsibli onun sinif yoldaşı olub və onunla birlikdə Hövsan qəsəbəsində 76 saylı tam orta məktəbdə 9-cu sinifə qədər oxuyub: “9-cu sinifi bitirdikdən sonra məktəbdən çıxdım. Bundan sonra Naillə normal münasibət saxlamışıq, aramızda heç bir ədavət və düşmənçəlik olmayıb”.

İsaxan Şirəliyevin ifadəsinə görə, 2019-cu ilin avqust ayının son günlərində dostu Nicat onu Hövsan qəsəbəsində görüb: “Dostum söhbət əsnasında dedi ki, Nail bacınla görüşməsi və bir-iki kəlmə artıq söz danışdığını yayıb. Bu söhbəti Nicat mənə çatdırdıqdan sonra Naillə görüşüb, həmin söhbətə aydınlıq gətirmək qərarına gəldim. Onunla əlaqə saxladım, görüşmək istədiyimi bildirdim.

Hövsan qəsəbəsində vağzal ətrafında dənizin kənarında sakit bir yerdə görüşüb, söhbət etmək qərarına gəldik. Söhbətə gedərkən evdən özümlə bıçaq götürdüm və köynəyimin altında gizlətdim. Bıçaq götürərkən fikirləşdim ki, Nail mənə qarşı artıq hərəkət etsə, onu vurub xəsarət yetirməklə cəzalandıraram. Nicatdan da xahiş etdim ki, mənimlə birlikdə getsin və söhbətin şahidi olsun. Nicat razılaşdı. Birlikdə Naillə görüş təyin etdiyimiz yerə getdik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, üzərində bıçaq olduğunu Nicat bilməyib, ona bu barədə məlumat verməyib:

“Həmin yerə gələrək Naili bir neçə dəqiqə gözlədik. Az sonra Nail tanıdığımız Yusif və Nəcməddinlə birlikdə ora gəldilər. Görüşüb salamlaşdıqdan sonra Naili uşaqlardan bir qədər kənara çəkdim, onunla işim olduğunu bildirdim. Naildən bacımla gəzməsi, onun adına söz çıxartmağı barədə danışıb-danışmamağını soruşdum. Əvvəlcə mənə heç bir söz demədi, işimlə məşğul olmağımı bildirdi. Mən də cavabda dedim ki, necə yəni get işinlə məşğul ol, sən mənim bacımı və ailəmizi biabr etmisən, hələ bir boynuna da almaq istəmirsən...

Bu sözlərdən sonra Nail əsəbi formada dedi ki, bacın başqaları ilə gəzir, sən nə üçün gedib onlarla haqq-hesab etmirsən, gəlib məndən soruşursan? Dedim ki, mənə konkret sənin barəndə xəbər çatıb, ona görə səndən cavab verməyi tələb edirəm”.

İsaxan Şirəliyev əlavə edib ki, aralarında mübahisə yaranıb və bu zaman Nail orada olan Nicatın, Nəcməmmdinin və Yusifin yanında onu təhqir edib: “Dedi ki, bacınla gəzmişəm,əcəb eləmişəm. Onun bu sözləri məni çox pərt etdi. Bir anda əlimi şalvarımın böyrünə atdım və çıxartdığım bıçağı Nailin sağ böyründən vurdum. Vuran kimi Nail yerə çöməldi.

Nəcməddinlə Nicat tez Nailin yanına gəldi, onu yerdən qaldırdılar. Özüm də kömək etmək məqsədi ilə ona yaxınlaşmaq istədim. Yusif məni çəkib özü ilə apardı. Yusifdən ayrıldıqdan sonra mətbəx bıçağını yadımda qalmayan bir yerə tulladım. Evə gəldikdə baş vermiş hadisə barədə heç kimə məlumat vermədim.

Səhəri günü Nailin Sabunçu qəsəbəsində yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasında olduğunu və üzərində cərrahiyə əməliyyatı aparıldığını bildim. Özüm polisə getdim və Naili bıçaqla vurduğumu etiraf etdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsaxan Şirəliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona 1 il sınaq müddəti olmaqla 2 il 11 ay 28 gün müddətinə şərti cəza təyin olunub.

Müəllif: Hacı Zeynalov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevgililərini də götürüb məclis qurdular: araq, mübahisə, hücum, dava... – Təfərrüat

    Sevgililərini də götürüb məclis qurdular: araq, ...

    6-12-2019, 12:15

  • 
  • Bakıda qadına özündən 9 yaş kiçik sevgilisi tərəfindən dəhşətli əməl - Təfərrüat

    Bakıda qadına özündən 9 yaş kiçik sevgilisi ...

    4-09-2019, 12:46

  • 
  • Yeznə-qayın baltalandı – Şamaxıda dəhşətli hadisə/Təfərrüat

    Yeznə-qayın baltalandı – Şamaxıda dəhşətli ...

    1-12-2018, 17:31

  • 
  • Narkoman yoldaşını öldürənə hökm oxundu

    Narkoman yoldaşını öldürənə hökm oxundu ...

    17-01-2017, 17:55

  • 
  • Atasına 8 bıçaq zərbəsi vuran yeniyetmə azadlığa buraxıldı

    Atasına 8 bıçaq zərbəsi vuran yeniyetmə azadlığa ...

    13-04-2016, 01:17

  • 
  • Atasına 8 bıçaq zərbəsi vuran oğul məhkəmə zalından azadlığa buraxıldı

    Atasına 8 bıçaq zərbəsi vuran oğul məhkəmə ...

    7-04-2016, 11:33



Bu sayımız

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Yanvar 2021 (442)
Dekabr 2020 (582)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (678)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (595)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (353)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu