Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhddə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samid Məmmədovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, onun barəsində olan Cinayət Məcəlləsinin 29.120( öldürməyə cəhd) maddəsi 126.1(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub. Hökmə əsasən, 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə keçən il iyul ayının 25-də gecə saat 23:00 radələrində Binə qəsəbəsi Südçülük sovxozunda baş verib. 2000-ci il təvəllüdlü Samid Məmmədov atası Ağarəhim Rəhimovu bıçaqlayıb. Belə ki, S.Məmmədov evə sərxoş vəziyyətdə gələn atası A.Rəhimovun bacısı Şəlalə Məmmədovanı əsassız yerə danlamasını, daha sonra sillə vurmasını qəbul etməyib. Buna əsəbləşən S.Məmmədovla atası arasında münaqişə baş verib. Nəticədə o, mətbəx bıçağı ilə A.Rəhimovun bədəninə 8 bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına vaxtında çatdırılıb. A.Rəhimova tibbi yardım göstərildiyindən, onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120-1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?