"Jara” festivalının təşkilatçısı Emin Ağalarov Rusiyanın əməkdar artisti Zaranın Bakıya gəlməyi məsələsinə münasibət bildirib.
Emin festivalın açılışı münasibətilə təşkil olunan mətbuat konfransında bildirib ki, buna münasibəti çox sadədir:
"Zara kürddür. Bu işdə neqativ görənlərin öz fikri var. Mən hamının fikrinə hörmət edirəm. Ancaq musiqi festivalı müsbət emosiya deməkdir. Mən bunun belə olmasını və pozitivliyin qorunub-saxlanmasını istəyirəm”.
Qeyd edək ki, sosial şəbəkələrdə Zaranın erməni əsilli olması və Bakıya gəlişinin doğru hesab edilməməsi haqda fikirlər səslənirdi. Təşkilatçılar isə Zaranın Bakıya gələcəyini deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?