Müğənni və bəstəkar Emin Ağalarov gələn ilə planlaşdırılan Rusiya prezidenti seçkilərində Vladimir Putinin etimad etdiyi şəxs olmağa razı olub-olmayacağı ilə bağlı suala cavab verməkdən çəkinib.
Məşhurlar arasında blits-sorğunu “Dojd” telekanalı aparıb. Emin Ağalarov cavab verib ki, belə bir xahişi şəxsən Putin özü etsəydi, razılaşardı, çünki “prezidentə etiraz etmək olmaz”. “Amma bunu başqası etsə, etiraz edərəm, çünki prezidentə kömək etməyə layiq deyiləm. Mən musiqiçiyəm, biznesmenəm və tama başqa fəaliyyətlə məşğulam”, - Emin Ağalarov bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?