GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistan daha neçə gün DURUŞ GƏTİRƏ BİLƏR? - TƏHLİL

Ermənistan daha neçə gün DURUŞ GƏTİRƏ BİLƏR? - TƏHLİL

Tarix: 16-10-2020, 14:05 Bölmə :Siyasət Baxış: 355
Ermənistan daha neçə gün DURUŞ GƏTİRƏ BİLƏR? - TƏHLİL


Müzəffər ordumuzun zərbələrinə duruş gətirməyən işğalçı Ermənistan çarəsizlikdən artıq terror üsulunu seçib. Dünyanın dörd bir yanından - Rusiyadan ABŞ-dan, Latın Amerikasından, Avropadan, Yaxın Şərqdən Dağlıq Qarabağa açıq-aşkar muzdlu-terrorçular cəlb etməklə məşğuldur. Bunun beynəlxalq və yerli qanunlara daban-dabana zidd olduğunu dəqiq bilə-bilə.

Ancaq suda boğulan saman çöpündən yapışdığı kimi, bu həşir də işğalçının işinə yaramayacaq, təcavüzkarı xilas etməyəcək. Nizami ordu birləşmələrimiz, dronlarımız terrorçu-muzdluları bir-bir, dəstə-dəstə cəhənnəmə vasil edəcək. Şair demişkən, “Ölmək istəyirsən gəl Qarabağa! Kəfən də bizimdir, gor da bizimdir!..”

*****

Əslində bunu işğalçı ordusu iflic olan düşmən tərəf də yaxşı anlayır. Sadəcə, mənasız qurbanlarla vaxtı uzadır, öz maddi-texniki və canlı itkilərinin sayını boş yerə artırır, onsuz da kritik durumda olan iqtisadiyyatını tam çöküşə aparır.

Belə vəziyyətdə hər hansı normal ölkə daha böyük itkilərdən qaçmaq və iqtisadiyyatı xilas eləmək üçün qarşı tərəflə dərhal sülh anlaşmasına gedərdi. Ermənistanın cinayətkar və faşist xislətli rəhbərliyi, nasist əlaltısı Garegin Njde vurğunu Paşinyan isə dinc şəhərlərimizi ballistik raketlərlə vurmaq əmri verir. Hitler kimi. Demək, aqibəti də aşağı-yuxarı, eyni olacaq.

Artıq Azərbaycan belə alçaq və xain hücumları önləmək üçün Ermənistanın öz ərazisinə preventiv zərbə endirmək qərarı verib. Özü də zəruri təbliğati işlərin görülməsi fonunda. Nə xoş ki, Azərbaycan işğalçı ölkəyə qarşı informasiya savaşını da döyüş meydanındakı savaş kimi səliqəli və rasional şəkildə davam etdirir. Bunu haqq savaşımıza xaricdən, o cümlədən Ermənistanın əsas müttəfiqi Rusiyadan gələn pozitiv reaksiyalar da təsdiq edir.

*****
“Dinc Gəncə şəhərinə ballistik raket atan Ermənistandakı atəş nöqtələrinə Azərbaycanın endirdiyi cavab zərbələri BMT Nizamnaməsinin ölkələrin özünümüdafiə hüququnu təsbit edən 51-ci maddəsinə tam uyğundur”.

Bunu tanınmış rus tarixçi-analitiki, Qafqaz üzrə ekspert, politoloq Oleq Kuznetsov deyib.

“Azərbaycan Ordusu ölkənin mülki əhalisini və mülki infrastrukturunu atəşə tutan erməni operativ-taktiki raket sistemlərini məhv eləmək zorunda idi. Bu zərbə beynəlxalq humanitar hüquq normalarına tam uyğun olaraq həyata keçirildi. Əminəm ki, belə bir addım artıq dünya birliyi və Ermənistanın KTMT-dəki müttəfiqləri arasında anlayışla qarşılanıb”, - deyə analitik qeyd edib.

*****

Əlbəttə ki, KTMT deyərkən əsasən Rusiya nəzərdə tutulur. Rəsmi Moskva gözlənildiyi kimi, Azərbaycanın əsaslandırılmış preventiv zərbəsinə sakit reaksiya verdi. Bununla da bir daha Ermənistanın Rusiyanı məqsədli şəkildə Azərbaycanla müharibəyə cəlb eləmək kimi məkrli oyununa getmədi. Çünki Azərbaycan hansısa dinc ölkənin ərazisinə yox, qonşu ölkəyə qarşı faktiki terror siyasəti aparan ölkəyə preventiv zərbə endirib.

Hər halda, kim bilməsə də Rusiya hərbi kəşfiyyatı Azərbaycan Müdafiə Nazirliyinin zərbəni zəruri edən motivlərindən xəbərsiz olmamış deyil. Ortada həm də peyk çəkilişləri, videofaktlar, digər dəlil-sübutlar var ki, bunu da Müdafiə Nazirliyimiz elə həmin gün Bakıda akkreditə olunmuş hərbi attaşelərə nümayiş etdirdi.

Doğrudur, İrəvan bu zərbədən sonra hərbə-zorba gələrək, ölkəmizə qarşı “legitim cavab zərbəsi vurmaq” haqqı qazandığını bəyan edib. Ancaq Rusiyanın neytral qalmaqda davam eləməsi kifayətdir ki, Bakı gələn dəfə düşmənin yerdə qalan uzaq mənzilli (ballistik) raket sistemlərini də darmadağın eləsin.

Söhbət həm də Azərbaycandan Avropa bazarına uzanan strateji neft-qaz kəmərlərinə terror hücumundan gedir. Xatırladaq ki, bu kəmərlərlə (Bakı-Ceyhan) İsrail də neft alır. Həmçinin qonşu Gürcüstan tranzit ölkə kimi öz büdcəsini tranzit haqları hesabına zənginləşdirir. Yəni belə təxribat daha bir neçə mühüm ölkəni Ermənistana qarşı kökləyəcək.

Bu yerdə xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan silahlı qüvvələri strateji boru xətlərinin təhlükəsizliyini qorumaq məqsədilə bir neçə dəfə ortaq hərbi təlimlər keçirib. İstisna deyil ki, Bakı öncəliklə qardaş Türkiyədən müvafiq əlavə hərbi dəstək istəsin. O halda bu, artıq Qərbin də təqdir edəcəyi qərar olacaq. Paralel surətdə dünya birliyinin, ABŞ və Avropanın diqqətini Ermənistanın beynəlxalq hüquqa zidd quldur hərəkətlərinə yönəldəcək.

*****

İndinin özündə də Ermənistanın Fransa xaric, hansısa ciddi müttəfiqi qalmayıb. Hərçənd bugünlərdə Fransa xarici işlər naziri də bəyan elədi ki, Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransa münaqişədə tərəf tutmalı deyil, çünki bu vasitəçilik anlayışına ziddir. Ümid edək ki, bu yanaşma özünü praktikada da göstəcək.

“Ermənistan anlamalıdır ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər sonsuzadək işğal altında qala bilməz”.

Bu sözləri isə srağagün ABŞ prezidenti D.Trampdan fərqli olaraq Amerika erməni lobbisinə yaxınlığı ilə tanınan, prezidentliyə namizəd Co Bayden deyib. Onun sözlərinə görə, atəşkəs əldə olunandan dərhal sonra problemin uzunmüddətli həlli üçün real danışıqlara başlanmalıdır. Trampın özü isə çoxdan erməni ah-naləsini vecə almadığını əyani göstərib.

Göründüyü kimi, ABŞ-ın nə indiki rəhbəri, nə də onun əsas rəqibi ermənilərin Qarabağ yalanlarına uyacaq ağılda deyillər. Həm də dünya artıq bu yalanlardan bezib. Yeri gəlmişkən, Tovuzla sərhəddə Ermənistanın törətdiyi iyul hərbi təxribatdan sonra ABŞ-erməni münasibətləri tarixində ilk dəfə olaraq, Konqresin Nümayəndələr Palatası Ermənistanın işğalçı kimi təsbit edildiyi sənəd qəbul edib (noyabrda onu Senat təsdiqləməlidir).

*****

Rəşadətli əsgərlərimiz isə bu yazının hazırlandığı dəqiqlərdə də tarix yazmağa, işğalçıları qırıb-çatmağa, ya da “iti qovan kimi” qovmağa davam edirdi. Müdafiə Nazirliyinin yaydığı son məlumata əsasən, qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərimizdəki qüvvə və ehtiyatlarına davamlı və ağır zərbələr vurulur. Düşmənin canlı qüvvəsi, döyüş texnikası, silah-sursatı, yanacağı tükənmək üzrədir.

Zatən, müstəqil hərbi analitiklər işğalçı qüvvələrə dirəniş üçün ortalama 2-3 həftə vaxt vermişdilər. Humanitar rejimlı bağlı əməliyyatların sürətinin qismən azaldığını nəzərə alsaq, qoy olsun 1 ay. Artıq ordumuzun Şuşaya yolunun da açıldığı deyilir. İşğalçıya qarşı daha bir möhtəşəm zərbə və... mat!

O günə - Böyük Qələbəyə bir şey qalmayıb. Şüarımız indi “Ya Qarabağ, ya ölüm!” deyil, “Ya Qarabağ, ya Qarabağ!”dır. Ölüm düşmənin alnına yazılıb. “Ölmək istəyirsən gəl Qarabağa!.."/“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nikol Paşinyan Ermənistan polisini Qarabağa göndərir - düşmən müharibə hazırlığına başlayır?

    Nikol Paşinyan Ermənistan polisini Qarabağa ...

    4-07-2018, 12:22

  • 
  • Erməni lobbisi çoxlu pullar xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Dağlıq Qarabağa gətirə bilir - XİN

    Erməni lobbisi çoxlu pullar xərcləyərək ...

    30-08-2018, 12:06

  • 
  • Hikmət Hacıyev: "Terrorçuların Qarabağa gətirilməsi kanalları üzərində iş aparılır"

    Hikmət Hacıyev: "Terrorçuların Qarabağa ...

    23-09-2020, 15:25

  • 
  • "Qarabağa bir şey olsa, Moskva yalnız...." - Rus politoloq

    "Qarabağa bir şey olsa, Moskva ...

    23-11-2014, 23:27

  • 
  • Dağlıq Qarabağa 16 mindən çox nəfər səfər edib- Statistika

    Dağlıq Qarabağa 16 mindən çox nəfər səfər edib- ...

    5-02-2014, 10:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu