Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Rusiya hərbi müdaxilə etməyəcək, yalnız diplomatik üsullarla müharibəni dayandırmağa çalışacaq”.
Bu sözləri tanınmış rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Andrey Yepifantsev erməni portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər savaşa Ermənistan bütünlüklə cəlb olunsa, o halda Rusiya müdaxilə etməyə borcludur. "Lakin bu qarantiya Ermənistana aiddir. Dağlıq Qarabağa yox. Qarabağa bir şey olsa, Moskva yalnız diplomatik vasitələrlə bunun qarşısını almağa səy edəcək”, - deyə politoloq qeyd edib.
Ekspertin qənaətincə, təmas xəttində yaşanan son gərginlik onun göstəricisidir ki, görüşlərdə anlaşma əldə edilməyib: "Səbəb aydındır – Minsk Qrupu dalana girib, çıxış yolu yoxdu. Bu gün danışıqlar masası üzərində olanlar nə Bakını qane edir, nə də İrəvanı”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?