GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Əliyev, Ərdoğan və Baxçalının Şuşaya birgə səfəri tarixi hadisə olacaq” - rəylər

“Əliyev, Ərdoğan və Baxçalının Şuşaya birgə səfəri tarixi hadisə olacaq” - rəylər

Tarix: 23-02-2021, 12:21 Bölmə :Siyasət Baxış: 286
“Əliyev, Ərdoğan və Baxçalının Şuşaya birgə səfəri tarixi hadisə olacaq” - rəylər


Hikmət Babaoğlu: “Müharibə dövründə olduğu kimi, sülh və quruculuq dövründə də qardaş Türkiyə yanımızdadır”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalının Şuşada açmaq istədiyi məktəbin təməlqoyma mərasimində onun özü ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev və Tqürkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi bildirilir. Şübhəsiz ki, işğaldan azad edilən torpaqlarda, xüsusən də Şuşada belə bir təntənəli mərasimin keçirilməsi böyük hadisədir.

Eyni zamanda bu, 44 günlük II Qarabağ savaşındakı möhtəşəm qələbəmizi rəsmiləşdirən 10 noyabr tarixindəki üçtərəfli anlaşmadan sonra uğurumuza kölgə salmağa cəhd edənlərə, “Rus gəldi, Qarabağı işğal etdi” demoqojisinə ən tutarlı cavabdır. Çoxları hesab edir ki, bir məktəbin açılışında iki qardaş ölkənin rəhbərlərinin iştirak barədə qərarlarının arxasında ciddi mesajlar yatır...

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, artıq işğaldan azad edilmiş müqəddəs Vətən torpaqlarımıza böyük qayıdış başlayıb: “Bu mühüm tarixi hadisə xalqımızın illərdən bəri həsrətlə gözlədiyi hadisə idi. Hələ 44 günlük müharibə vaxtı Azərbaycan bəyan etmişdi ki, biz işğaldan azad edilmiş torpaqlarımızı dirçəldəcəyik, ora həyat verəcəyik və bu prosesdə bizim yanımızda dostlarımız və qardaşlarımız olacaq. Qürur hissi ilə deyə bilərik ki, biz hazırda məhz o günlərə qədəm qoymuşuq və müharibə dövründə olduğu kimi, sülh və quruculuq dövründə də qardaş Türkiyə yanımızdadır. Elə Milliyyətçi Hərəkat Partiyasının lideri, hörmətli Dövlət Baxçalının təşəbbüsü ilə Şuşada tikiləcək məktəbin təməlqoyma mərasiminin keçirilməsi perspektivini də bu kontekstdə qiymətləndirmək lazımdır. Məktəb hər şeydən öncə maarifləndirmə, təlim-tədris, təhsil, mədəniyyət və sülh deməkdir. Bu mənada hörmətli Dövlət Baxçalının təşəbbüsü olduqca təqdirəlayiq hadisədir və Azərbaycan tərəfindən də çox diqqət və təqdirlə qarşılanmaqdadır. Bu həm də onun göstəricisidir ki, Türkiyə və Azərbaycanın bütün səyləri regionumuzda sülhə, tərəfdaşlığa və əməkdaşlığa hesablanıb.

Ona görə də düşünürəm ki, Şuşada hər şeydən öncə məktəbin inşa edilməsi bütövlükdə regionun gələcəyi və postmünaqişə mərhələsi üçün yaxşı bir mesajdır və iki qardaş ölkənin xoş məramının göstəricisidir. Eyni zamanda biz bilirik ki, bəzi radikal digər maraqlı qüvvələr daima Azərbaycanın əldə etdiyi tarixi zəfərə və qələbəmziə kölgə salmaq üçün real vəziyyəti manipuliyasiya edərək ictimai rəyi yanlış əsaslarda formalaşdırmağa çalışırlar. Bu cür informasiya təxribatlarının bir istiqaməti də hazırkı vəziyyətdə Rusiyanın prosesdə iştirakçılığını yanlışlıqla şərh etməklə bunu təhrif edilmiş şəkildə gündəmə gətirməkdən ibarətdir. Bu cür yanaşmalar əsla bizim lehimizə deyil. Azərbaycan bütün hallarda kiminlə necə tərəfdaşlıq edəcəyini özü seçir və bu yalnız milli maraqlarımızın realizə olunmasına xidmət edir”.

Siyasi şərhçi Əhəd Məmmədli bunun böyük bir tarixi hadisə olduğunu qeyd etdi: “Əvvəla, onu deyim ki, 10 noyabr anlaşmasından sonra Azərbaycan daxilində müəyyən qüvvələr belə fikir ortaya atdılar ki, biz Qarabağa rusları buraxdıq. Bəzi dostlar unudur ki, biz bunu etmədik, əksinə, nəinki 30, yüz illiklərlə Qarabağda olan ruslardan 85% ərazimizi azad etdik. İndi əsas davamız yerdə qalan 15% olmalıdır. Biz bu ərazilərə də nəzarət etməyə çalışmalıyıq. Rusiyanın gücünü bütün dünya bilir. Biz kiçik ölkəyik. Bəziləri bilərəkdən belə fikirlər gündəmə yeritməyə çalışırlar. Bəzən də bilməyərəkdən bunu edir və səhv düşüncələrinin əsirinə çevrilirlər. Qarabağ bizimdir, Şuşamız bizdədir. Bu böyük uğura heç bir halda kölgə salmaq olmaz. İnşallah, yerdə qalan ərazilər də bizim nəzarətimizdə olacaq. İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalının Şuşada görüşünün olması çox böyük bir tarixi hadisə olacaq. Orada MHP ülküçülərə qərargahın açılması da düzgündür. Dövlətin bu məsələdə digər fikirləri var. Bunlar dərin düşünülmüş siyasətdir. Bina açılması ilə iş bitmir. Hər halda, hər şeyi açıb demək mümkün deyil. Türk kimliyi Qarabağda nə qədər güclənəcəksə, bizlər ora daha çox qayıdacağıq. Amma provokasiyalara uymamalıyıq. Sonuncu dəfə Xankəndində ermənilərin qondarma rejimin ”müstəqilliyini" qeyd etmələri və həmin tədbirdə rus keşişin iştirakı ilə bağlı soyuqqanlı hərəkət etməliyik. Düzdür, rus tərəf həmin keşişi oradan göndərəcəyini deyib, amma istənilən halda ruslara anlatmalıyıq ki, bu belə davam edə bilməz, belə davam edərsə, məsələ münaqişə formatına yenidən qayıda bilər. Eyni zamanda bu məsələdə ruslar erməniləri çox ciddi şəkildə uyarsa, yaxşı olar"./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan və Bağçalı Şuşaya gəlir

    Ərdoğan və Bağçalı Şuşaya gəlir ...

    20-02-2021, 12:43

  • 
  • ​Əliyevlə Ərdoğan bir araya gəldi - FOTO

    ​Əliyevlə Ərdoğan bir araya gəldi - FOTO ...

    20-10-2017, 13:15

  • 
  • Şərkisyan Şuşada muzey açılışına qatılıb

    Şərkisyan Şuşada muzey açılışına qatılıb ...

    2-09-2014, 10:59

  • 
  • Türkiyə İlham Əliyevi qarşılamağa belə hazırlaşır - (Foto)

    Türkiyə İlham Əliyevi qarşılamağa belə hazırlaşır ...

    13-03-2015, 23:32

  • 
  • Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik etdi

    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ...

    10-02-2020, 12:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu