“Media forum” saytı xəbər verir ki, işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər edən Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 1-də Şuşaya baş çəkərək geologiya muzeyinin açılışına qatılıb. İşğalçı dövlətin başçısı həmin gün Ağdərənin Çapar kəndində yeni məktəb binasının istifadəyə verilməsi mərasimində də iştirak edib, axşam isə Xankəndidə operaya baxıb.
Serj Sərkisyanın Dağlıq Qarabağa avqustun 31-də başlayan səfəri Azərbaycan ərazisində qurulmuş işğalçı Dağlıq Qarabağ rejiminin 23 illiyi ilə bağlıdır. 1991-ci il sentyabrın 2-də yaradılmış Dağlıq Qarabağ rejimi 21 ildir Azərbaycanın bütün cənub-qərbinə nəzarət edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?