Cinsi azlıqların üzvləri və digər şəhər sakinləri ABŞ səfirliyinin qarşısına şam və güllər düzür.
“Birincisi mənim gənc adamım amerikalıdır və əgər gəlməsəydim qəribə olardı. Orlandoda baş verən hər yanda-Baltimor və Vaşinqtonda da baş verə bilərdi. Bundan dəhşətə gəlmişəm, buna görə də burda olmağı özümə borc bilirəm”,Aleksandr Artyomov adlı moskva sakini deyir.
Londonda da ölənlərin xatirəsi anılıb, səmaya yüzlərlə şar buraxılıb.
Həmçinin dünyanın hər yerində-Hnkonq, Meksika, Sidney və digər ölkələrdə anım mərasimləri keçirilib.
Orlandonun özündə isə ölənlərin doğmaları və yaxınları parklardan birinə toplaşıblar.
Bazar günü Orlandoda geylərin toplaşdığı gecə barənda törədilən terror aktında 49 adam ölüb.
Terror aktını əslən Əfqanıstandan olan ABŞ vətəndaşı Ömər Mətin törədib. Polis onun özünü də güllələyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?