ABŞ-ın tanınmış senatoru Con Makkeynin xatirəsinə həsr edilmiş anım mərasimi çərşənbə günü onun 30 ildən artıq Konqresdə təmsil etdiyi Arizona ştatında başlayıb.
Arizona ştatının paytaxtı Fineksdə təşkil edilmiş özəl mərasimin ardınca ictimaiyyətin Makkeynlə vida mərasimi keçirilib.
Arizona və Vaşinqton şəhərlərində anım mərasimləri həftənin növbəti günləri də davam edəcək.
Beyin xərçənginin ağır formasından əziyyət çəkən 81 yaşlı Makkeyn şənbə günü vəfat edib.
Con Makkeyn 1983-cü ildə Arizona ştatını Nümayəndələr Palatasında, 1987-ci ildən isə Senatda təmsil edib.
Şənbə günü Amerika siyasətinin müxtəlif dairələrini təmsil edən bir sıra hazırkı və keçmiş rəsmi veteran-qanunverici senator Con Makkeynin xatirəsinin anılacağı mərasimə qatılacaq. Paytaxt Vaşinqtonun Milli Kafedralında keçiriləcək mərasimdə keçmiş prezidentlər Barak Obama və Corc Buş nitq söyləyəcəklər. Mərasimdə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və keçmiş senator Co Liberman da mərasimdə çıxış edəcəklər.
Senator Makkeynin cənazəsi bazar günü Merilend ştatının Annapolis şəhərində təhsil aldığı ABŞ Hərbi Dəniz Qüvvələrinin Akademiyasının qəbiristanlığında torpağa tapşırılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?