GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tramp etirazları yatırmaq üçün mülki və hərbi resursları səfərbər edir

Tramp etirazları yatırmaq üçün mülki və hərbi resursları səfərbər edir

Tarix: 2-06-2020, 12:04 Bölmə :Dünya Baxış: 333
Tramp etirazları yatırmaq üçün mülki və hərbi resursları səfərbər edir


AĞ EV – Zorakı nümayişçilərin "ölkədaxili terror aktları" törətdiyini deyən ABŞ Prezidenti Donald Tramp bazar ertəsi axşam "ölkə boyu yayılan özbaşınalığa və iğtişaşlara son qoyacağını" vəd edib.

Tramp deyib ki, o, “qanuna riayət edən amerikalıların hüquqlarını qorumaq, dağıntı və yanğınlara son qoymaq, iğtişaşları və qarətləri dayandırmaq naminə mülki və hərbi bütün mümkün federal resurslardan” istifadə edəcək.

Prezident danışmazdan bir neçə dəqiqə öncə Ağ Evin Qızılgül Bağında toplaşmış jurnalistlər yaxınlıqdakı Lafayette Parkında iğtişaş polisinin atdığı gözyaşardıcı qaz partlayışlarının səslərini eşidiblər.

Parkda əllərində qalxanlar tutmuş iğtişaş polisi dinc nümayişçiləri geri itələyib.

Rezin güllələrdən istifadə olunub və süvari polis əraziyə cəlb olunub.

İğtişaş polisi hərəkətə komendant saatı 19:00-da qüvvəyə minməzdən yarım saat öncə keçib.

Ağ Evdən bir qədər aralıda yerləşən Sent Con kilsəsinin ətrafı nümayişçilərdən təmizləndikdən az sonra Tramp kilsəyə doğru addımlayaraq taxta lövhələrlə örtülmüş kilsənin qarşısında əlində İncil tutub.

Bazar günü axşam ABŞ prezidentlərinin adətən getdikləri Yepiskop kilsəsinin zirzəmisində yanğın törədilib.

"Əgər şəhər, yaxud ştatlar öz sakinlərinin həyat və mülkiyyətini qorumaq üçün lazımi addımlar atmaqdan boyun qaçırırsa, onda mən Birləşmiş Ştatlar hərbi qüvvələrini cəlb edərək onlar üçün problemi həll edəcəyəm," deyə Tramp Qızılgül Bağındakı bəyanatında Üsyan Aktına eyham vurub.

1807-ci ildə qəbul edilmiş qanun fövqəladə hallarda prezidentə iğtişaşları yatırmaq səlahiyyətləri verir.

“Prezident Trampın 'Üsyan Aktına' istinad etmək qərarı və onun qızışdırıcı ritorikası sübut edir ki, o bizə təlatümlü vaxtlarda rəhbərlik edə və ölkəni birləşdirə bilməz. Əvəzində o, təhlükə hesab etdiyi kəslərə qarşı qüvvədən istifadə etməyə qərar verib,” deyə Konqresdə Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit (D) bildirib.

Prezident Orduya hərbi polis batalyonlarını Vaşinqtonda yerləşdirmək göstərişi verib. Xüsusi statuslu Kolumbiya Mahalı adlanan paytaxt Vaşinqton yeganə məkandır ki, hərbi qüvvələr burada ştat qubernatoru ilə məsləhətləşmədən yerləşdirilmə səlahiyyətinə malikdir.

Trampın son addımı o, üç il yarım öncə prezident olduqdan bəri ən aşkar əzələ nümayişi kimi dəyərləndirilir.

“Biz diktaturanın astanasındayıq,” deyə CNN teleaprıcısı Don Lemon Trampın bəyanatından az sonra bidirib. “Hesab edirəm ki, prezident burada çox, çox təhlükəli bir oyun oynayır.”

Günün əvvəlində Tramp və yüksək rütbəli administrasiya rəsmiləri ştat qubernatorlarını etirazçılar qarşısında zəiflik göstərməkdə ittiham ediblər.

Tramp qubernatorları və şəhər merlərini əllərində olan hərbi resurslardan istifadə etməməkdə günahlandırıb.

Digər tərəfdən Tramp afro-amerikalı Corc Floydun polis rəftarı nəticəsində ölməsindən sonra baş qaldıran qəzəb dalğasının qarşısını almaq üçün təskinçi ton sərgiləməməkdə ittiham olunur.

ABŞ boyu nümayişlər ötən çərşənbə axşamından bəri 46 yaşlı Corc Floydun Minneapolisdə polis zabiti tərəfindən öldürülməsindən sonra baş qaldırıb.

Nümayişçilər polisin qaradərili qadın və kişilərə qarşı qəddar rəftarına etiraz etməklə yanaşı ABŞ-da sistematik iqrçiliyə qarşı çıxıb.

Floydun ölümünə səbəb olan Minnesota ştatının polis zabiti Derek Çauvin 3-cü dərəcəli qətl ittihamı ilə həbs edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Melaniya Tramp xəstəxanaya yerləşdirilib

    Melaniya Tramp xəstəxanaya yerləşdirilib ...

    15-05-2018, 19:12

  • 
  • Beyrutda təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

    Beyrutda təhlükəsizlik qüvvələri etirazçılara ...

    15-12-2019, 16:31

  • 
  • Kiyevdə 9 nümayişçi saxlanılıb

    Kiyevdə 9 nümayişçi saxlanılıb ...

    3-12-2013, 08:33

  • 
  • “FED, ağıllı ol və faizi endir“ - Donald Tramp

    “FED, ağıllı ol və faizi endir“ - Donald Tramp ...

    29-01-2020, 15:00

  • 
  • Donald Tramp Çin mallarına gömrük rüsumu tətbiq edəcək

    Donald Tramp Çin mallarına gömrük rüsumu tətbiq ...

    31-05-2018, 14:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu