Dekabrın 1-də vətəndaşların Prezident Administrasiyasına hücumu zamanı saxlanılan nümayişçilərə 11 cinayət işi açılıb
Dünya Ukraynanın paytaxtı Kiyev şəhərinin Bankovoy küçəsində yerləşən Prezident Administrasiyasının qarşısında iğtişaş yaratdıqlarına görə 9 nümayişçi saxlanılıb. Saxlanılan şəxslər ağır cinayətlər törətdiklərinə görə ittiham olunacaqlar.
Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Facebook vasitəsilə yayılan məlumatında deyilir ki, saxlanılan 9 nəfər həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına da müqavimət göstərib. Əldə olunan informasiyaya görə onlar hazırda şəhərin müvəqqəti saxlanılma kameralarında saxlanılır.
Xatırladaq ki, dekabrın 1-də nümayişçilərin Prezident Administrasiyasına hücumu zamanı saxlanılan nümayişçilərə 11 cinayət işi açılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?