Ali Rada Krımla bağlı sanksiyalar paketini qəbul edib. ANS TV-nin məlumatına görə, Ukrayna Ali Radası Krımın Rusiyaya birləşməsini dəstəkləyən şəxslərə və şirkətlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edib. Şirkətlərin və fiziki şəxslərin çoxu Rusiya vətəndaşıdır.
Parlamentin iclasında qanun layihələrinin qəbulu baş verən kiçik insidentlərlə yadda qalıb. Qarşıdurma Oleq Lyaşko və Aleksandr Şevçenko arasında yaranıb. Gərginlik Şevçenkonun, həmkarını qeyrivətənpərvər davranışda, döyüş zonasına bir dəfə olsun baş çəkməməkdə təqsirləndirməsindən sonra yaranıb. Bir neçə dəqiqə davam edən mübahisədən sonra Şevçenko Lyaşkonun çənəsinə yumruq zərbəsi endirib. Lyaşko may ayında prezident seçkilərində 3-cü ən çox səs toplamaqla sürpriz nəticə göstərmişdi.
Rusiya prezidenti Vladimir Putin isə Krım yarımadasına işgüzar səfər etməklə dünya mediasının diqqətinə düşüb. Pütin Qərbin səsləndirdiyi ilhaq iddialarını rədd edərək, Krım xalqının öz iradəsi ilə Rusiya tərkibinə daxil olduğunu və bu məsələnin təkrar nəzərdən keçirilməsinə lüzum olmadığını diqqətə çatdırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?