Ukrayna prezidenti Pyotr Poroşenko Ali Rada deputatları qarşısında çıxışını ləğv edib və parlament binasını tərk edib. Bunu “Ukrainskaya pravda” nəşrinə Pyotr Poroşenko Bloku fraksiyasının üzvləri deyiblər.
Bildirilir ki, Poroşenko çıxış etmək üçün bir saat gözləyib. Lakin Radikal Partiyası fraksiyasının lideri Oleq Lyaşko və “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko buna imkan verməyiblər. Bu üzdən də Poroşenko parlament binasını tərk edib və “Facebook”la müraciət edib. Ali Rada sədrinin müavini Oksana Sıroid isə prezident Poroşenkonun qaçdığını bildirib. “O, fraksiya sədrləri ilə danışmağa ehtiyac görmədi və sadəcə ünsiyyətdən qaçdı”, – deyə Sıroid qeyd edib. Ukraynanın Xarkov şəhərində yüzlərlə insan Rusiyanın Baş Konsulluğunun binasına hücum edib. Konsulluğun yerləşdiyi küçəni bağlayan etirazçılar Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi və hərbi əsirlərin azad edilməsi tələblərini səsləndiriblər. Nümayişçilər konsulluğun girişinə 2 ədəd şin qoyaraq əllərindəki məşəlləri binaya atıblar. Binaya məşəl atanların çoxu üzünü gizlədib. Daha sonra isə şinlər yandırılıb. Onları xilasedicilər söndürməyə müvəffəq olub. Etirazçılar bununla da kifayətlənməyərək Rusiyanın bayrağını yandırıblar
Sorğu
Yeni dizaynımız necədir?