ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası oktyabrın əvvəlində Cenevrədə keçiriləcək.
Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA – da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.
O, qeyd edib ki, sessiyanın konkret günü və gündəliyi hələlik məlum deyil: “Amma ehtimal var ki, Bakı sessiyasında müzakirə olunan məsələlərə yenidən qayıdılacaq. Çünki oradakı əksər məsələlər hələ həllini tapmayıb”.
B.Muradova onu da deyib ki, sessiyada ATƏT-in Minsk Qrupunun fəaliyyəti və Qarabağ problemi ilə bağlı qurumun Bakı sessiyasında başladılan işinin nəticələrinə də nail olunmağa çalışılacaq: “Bura nəinki Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun ATƏT-in Minsk Qrupunun sessiyada hesabat verməsi təklifi, eyni zamanda hansısa sənədin qəbul olunmasına nail olmaq da aiddir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?