"Çalışacağıq ki, Qarabağla bağlı danışıqlar prosesi müzakirə edilsin"
“ATƏT regiondakı ölkələr və xalqlar arasındakı münasibətlərə çox ciddi mənfi təsir göstərən Dağlıq Qarabağ məsələsi, onun bu günü vəziyyəti, danışıqlar prosesi, həmsədrlərin vasitəçilk missiyasının mahiyyəti və bu günə olan nəticələri barədə olan fikirlərimizi ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında iştirak edən parlament üzvlərinin diqqətinə çadıracağıq”.
Bunu ANS PRESS-ə açıqlamasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
O, bildirib ki, Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Cenevrə şəhərində, oktyabr ayının əvvəlində keçiriləcək payız sessiyasının tədbirlərdə yaxından iştirak edəcək:
B. Muradova bu günə qədər konkret Azərbaycanla bağlı bir məsələnin sessiyanın gündəliyində olmadığını vurğulayıb:
“Çalışacağıq ki, Dağlıq Qarabağla bağlı danışıqlar prosesləri orada müzakirə edilsin. Oradakı məsələlər ümumi təhlükəsizlik çağırışlarıdır. Bu, bizə imkan verir ki, Azərbaycanın üzləşdiyi problemləri, o cümlədən əsas problemimiz olan Dağlıq Qarabağ məsələsini qaldıraq və parlamentarilərin diqqətini onun ayrı-ayrı aspektlərinə yönəldək”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?