Binəqədi rayonu, 7-ci mikrorayon, 1260- cı keçid, 69 a ünvanında VİP CLUB-da gizli KAZINO aşkar olunub. Həmin kazinoda açıq şəkildə loto oynayırlar. Redaksiyamıza daxil olan məlumata görə həmin “lotoxana” “RİAD” Təhlükəsizlik xidmətinin əməkdaşı, bir neçə il əvvəl A.R CM-nin 234.1 maddəsi ilə məhkum olunan Vüsal Rzayev adlı şəxsə məxsusdur. KAZINOfəaliyyətinə “icazə almaq” üçün Vüsal Rzayev 100 min manat verməli olub.
Azərbaycanda qumar oyunları qadağan olunub, amma bu o demək deyil ki bu oyunlara maraq yoxdur. Bu maraq özünü kompüter şəbəkə oyunlarında ( onlayn KAZINO ) və gizli idman totalizatorlarında tapır. Sonuncunun populyar olması dövləti idman mərclərinin leqallaşdırılmasına gətirib çıxardı. Ancaq bu kommersiya fəaliyyəti dövlət nəzarəti altında olmalıdır. (aze.az). Biz ərazisində fəaliyyət göstərən gizli KAZINO ilə bağlı Binəqədi RİH ilə əlaqə saxlamaq qərarına gəldik. Binəqədi RİH-nin ictimai-siyasi şöbəsinin müdiri Nuridə Allahyarova Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, gizli KAZINO ilə bağlı bizə heç nə məlum deyil: “ Mən sms vasitəsilə sizə öz ünvanımı göndərirəm. Siz KAZINO ilə bağlı materialları mənim elektron poçtuma göndərin”. Təəssüf ki, Allahyarova bizə heç bir sms göndərmədi. Azərbaycanda kazino işlətmək cinayət sayılır. Əgər qafqaznews.az-ın əməkdaşları gizli kazino barədə bilirlərsə, deməli polis də məlumatlıdır. Bəs nə üçün polis əməkdaşları buna göz yumur..?
Suala cavab tapmaq üçün Binəqədi RPİ-nin 5-ci PB-ə müraciət etik. 5-ci bölmənin növbətçisi Vəliyev Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, gizli kazinonun fəaliyyəti barədə bizə heç nə məlum deyil. Müxbirimizin “ Siz əyləncə yerlərində reydlər keçirirsinizmi?” sualına növbətçi “Bilmirəm” cavabını verdi. Korrupsiya ilə mübarizə fondunun sədri Vasif Mövsümov isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, İcra Hakimiyyətinin xəbəri olmadan Azərbaycanda heç bir kazino fəaliyyət göstərə bilməz: “ Görünür ki, polis və icra hakimiyyəti həmin kazinoya “krışa”lıq edir, əlbəttə müftə yox”. Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, Azərbaycanda kazino, hətta əyləncəli oyun obyekti polisin və icra hakimiyyətinin xəbəri olmadan fəaliyyət göstərə bilməz.
Sorğu
Yeni dizaynımız necədir?