GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda “Elit” kazino şəbəkəsi

Azərbaycanda “Elit” kazino şəbəkəsi

Tarix: 9-01-2013, 10:55 Bölmə :Ölkə Baxış: 2 192
Azərbaycanda “Elit” kazino şəbəkəsi


Gürcü qumarbazlar kazinolar şəbəkəsinin fəaliyyətə
başlamasına son hazırlıq işlərini görmək üçün Bakıdadırlar


Yaxın günlərdə Azərbaycanda qeyri-leqal fəaliyyət göstərəcək böyük bir kazino şəbəkəsinin açılışına ciddi hazırlıq aparılır və artıq müvafiq məkanlarda dizayn işləri tamamlanmaqdadır. Bu haqda azpolitika.info-ya daxil olmuş məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının ötən il bu fəaliyyətin qarşısını almağa nail olmasına baxmayaraq, bəzi işbazlar külli miqdarda qazanc gətirən bu sahənin Azərbaycanda, xüsusən də paytaxt Bakıda yenidən dirçəldilməsinə can atırlar.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl, azpolitika.info-da qanunsuz futbol qumarının təşkili ilə bağlı gedən yazılardan sonra hüquq-mühafizə orqanları müəyyən reydlər təşkil edərək, məşhur futbol qumarxana şəbəkəsi kimi tanınan “Zenit-Bet”in fəaliyyətinə, demək olar ki, son qoymuşdular.

Eləcə də, məlumata görə, 7-8 ay əvvəl, qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olan Rüfət adlı azərbaycanlı, gürcü əsilli Ukrayna vətəndaşı Xvitça adlı şəxslə birgə Azərbaycanda kazino şəbəkəsi yaradıbmış və hətta bu məqsədlə Ukraynadan kazino işində xüsusi hazırlığı olan 20 nəfərə yaxın qızı da Azərbaycana gətiriblərmiş. Bu şəbəkə gizli məkanlarda “elit” müştəriləri üçün “Amerikan pokeri”, “Texas pokeri”, “Rus ruletkası” oyunları təşkil edirmiş. Ancaq hüquq-mühafizə orqanları bu faktı aşkarladıqdan sonra şəbəkənin fəaliyyətinə son qoyulub. Şəbəkə özü isə tam qapalı fəaliyyətə keçərək, fəaliyyətlərini əsasən yeni tikilən binalarda kirayələdikləri gizli mənzillərdə (məsələn, “Tri korona” kimi tanınan, 8-ci mikrorayondakı “Lukoyl” yanacaqdoldurma məntəqəsinin arxasındakı və Nərimanov prospektindəki binalarda) davam etdiriblər. Bizdə bu mənzillərdə qumar oynayan vəzifəli şəxslərin və iş adamlarının kimlikləri ilə bağlı da məlumatlar var.

İndi belə görünür ki, Azərbaycanda götürülən qazancın fantastik miqdarını və burada xüsusən vəzifəli şəxslərin qumar oyunlarına hədsiz meylini nəzərə alan işbazlar yenidən ölkəmizdə fəaliyyətlərini iri miqyasda canlandırmaq qərarına gəliblər. Azpolitika.info-ya daxil olmuş məlumatda bildirilir ki, Yeni İl ərəfəsində gürcü Xvitça yenidən Bakıda peyda olub və keçmiş ortağı Rüfət vasitəsi ilə kazino işinin yenidən canlandırılması üçün külli miqdarda ödəniş şərti ilə müəyyən vəzifəli şəxslərlə danışıqlara başlayıb. Deyilənə görə, Azərbaycanda məmurlara asan çıxış imkanı olan Rüfət uzun illərdir ki, “qara bazar”da futbol-mərc oyunlarının təşkili işinə baxır. Onun Bakı şəhərinin müxtəlif yerlərində bu sahə üzrə ixtisaslaşan kontorlarının indi də qeyri-leqal, xüsusən də gün ərzində qapısı bağlı saxlanan obyektlərdə fəaliyyət göstərdiyi söylənir. 

Bizə verilən məlumata görə, Rüfətin vasitəçiliyi ilə gürcü Xvitça artıq Bakıda və bölgələrdə bəzi obyektlərdə olub. Yaxın vaxtlarda həmin məkanlarda avadanlıqların quraşdırılmasına və dizayn işlərinin aparılmasına başlanılacaq. Deyilənə görə, qumarxana avadanlıqlarının gətirilməsi və xüsusi dizayn işlərinin qurulması ilə məşğul olan Mamuko adlı məşhur gürcü də artıq bu məqsədlə Bakıya dəvət olunub. Hazırda hər iki şəxsin “Həyat-Recensi” otelində yerləşdirildiyi iddia olunur. O da bildirilir ki, Rüfət və Xvitçanın da daxil olduğu bu şəbəkə MDB-də və bir çox ölkələrdə kazino fəaliyyətinin qurulması işini ən yaxşı həyata keçirən şəbəkə sayılır, başında isə Ukraynada yaşayan Eduard adlı yəhudi iş adamı durur. Məlumat üçün bildirək ki, keçmiş prezident Heydər Əliyevin göstərişi ilə Azərbaycanda qumar oyunlarının təşkili qanunla qadağan olunub. Джокер казино сайт

Mövzu diqqətimizdədir.

R.Əliyev

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gizli şəbəkə Bakıda yeni qumarxana açir

    Gizli şəbəkə Bakıda yeni qumarxana açir ...

    10-01-2013, 11:13

  • 
  • Sumqayıt qumarxanaları…

    Sumqayıt qumarxanaları… ...

    25-07-2013, 10:47

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Qumarı oynayan yox, daha çox oynadan udur

    Qumarı oynayan yox, daha çox oynadan udur ...

    2-11-2015, 15:14

  • 
  • 3 TON HEROİNƏ GÖRƏ Azərbaycanda istintaq və həbslər başladı

    3 TON HEROİNƏ GÖRƏ Azərbaycanda istintaq və ...

    19-08-2014, 15:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu