Paytaxtın Səbael rayonu ərazisində, Fəvvarələr meydanında Sovet rejimini təbliğ edən vərəqələr yapışdırılıb. Naməlum şəxslər tərəfindən yapışdırılan vərəqələrdə "За родину, за свободу" , "Tоварищ Ленин", "СССР" və ""Ленин жил, жив, будет жить"" şüarları yazılıb.
Cebhe.info-nun ərazidə olan əməkdaşları gecə satlarında yapışdırıldığı ehtimal edilən vərəqələrlə bağlı Səbael rayonu 9-cu polis bölməsinin əməkdaşlarını məlumatlandırıb. Bundna sonra şəhərin həmin ərazisinə yapışdırılan şüarları polis əməkdaşları tərəfindən qoparılıb və şəxslərn müəyyənləşdirilməsi istiqamətində iş aparılacağı bildirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?