Azərbaycan Premyer Liqasının 24-cü turunda "Neftçi" "Qəbələ"ni qəbul edib.
Qafqazinfo xəbər verir ki, matçın sonlarında qonaqların hesabda öndə çıxması bakılı fanatların etirazına səbəb olub.
Onlar "istefa, istefa" şüarlarını səsləndiriblər. Onlar hətta öz futbolçularını da təhqir etməkdən çəkinməyiblər. Bundan başqa meydan sahibinin azarkeşləri "Neftç"nin Müşahidə Şurasının üzvlərini də istefaya səsləyiblər.
Qeyd edək ki, oyun "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?