Gundemxeber.az » Xəbərlərin siyahısı: 07.05.2018
Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib.
Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi Firudin Nəbiyev haqda sensasion məlumatlar meydana çıxmaqdadır. Keçmiş deputat Nazim Bəydəmirlinin feysbuk hesabında inanılmaz faktlar yer alıb.
Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsinə görə 6 nəfər həbs edilib, 3 gömrük işçisi vəzifəsindən azad edilib. Bu barədə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Dövlət Gömrük Xidmətinin (DGK) dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsi ilə bağlı birgə məlumatında deyilir.
İki həftə öncə açıqlanmış korrupsiya hesabatı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin Azərbaycanda insan haqları pozuntularına göz yummaq üçün rüşvət aldığını üzə çıxarıb. Avropa hökumətləri hesabatda adı hallanan millət vəkillərinə qarşı sanksiyalar tələb edir.
Sabah - mayın 8-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayır.
Məxməri inqilabın sivilizasiya trayektoriyasını, əhəmiyyətini tam dərk etmək, anlamaq üçün hələ zaman lazımdır. Bununla belə, bu, təsirləri Ermənistan hüdudlarından kənara yayılan tarixi, qlobal hadisədir. Uzun illər ərzində biz hesab etdik ki, Rusiyanın demokratikləşməsi Ermənistanın xilası üçün şans ola bilər. Lakin hadisələr əks məntiq üzrə
Astara Rayon Polis Şöbəsi (Bakıdan 317 kilometr cənub, İranla sərhəd) İran vətəndaşı Əmin Abanqadan 1 kiloqram 35 qram heroin aşkarlayaraq götürüb. Bu barədə Daxili İşlər Nazirliynin mətbuat xidməti məlumat yayıb.
Ermənistandakı Dövlət çevrilişi və bu ətrafda baş verən digər hadisələrə Rusiyanın heç bir reaksiya vermədən təmkinlə izləməsi dünya siyasi sisteminində ciddi marağına səbəb oldu. Əslində isə Rusiya üçün Ermənistan nə Gürcüstandır nə Ukrayna. Ermənistan bütün parametrləri ilə Rusiyadan asılı bir “dövlətdir”. Beləki Ermənistanın bütün xarici
Ucar rayonu Mirzağa Əliyev küçəsi ev 11 sakini Məmmədova Məlahət Eyyub qızı tərəfindən “Gündəm Xəbər”ə şikayət məktubu daxil olub. Məlahət xanımın redaksiyamıza təqdim etdiyi şikayət məktubunu olduğu kimi oxucularımzın diqqətinə çatdırırıq:
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?