Astara Rayon Polis Şöbəsi (Bakıdan 317 kilometr cənub, İranla sərhəd) İran vətəndaşı Əmin Abanqadan 1 kiloqram 35 qram heroin aşkarlayaraq götürüb. Bu barədə Daxili İşlər Nazirliynin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti həmçinin bildirir ki, Ağcabədi Rayon Polis Şöbəsi (Bakıdan 306 kilometr cənub-qərb) Ağcabədi şəhər sakini İlqar Əliyevdən 7,1 qram, onun yaşadığı evdən isə 381 qramdan çox marixuana aşkarlayıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?