Cümə axşamı, 23 yanvar 2025
Gundemxeber.az » Xəbərlərin siyahısı: Avqust 2018 illər » Səhifə 11
Son bir neçə gündə yollarda baş verən qəzalar nəticəsində 10 nəfər insan həyatını itirib. Baş verən hadisələrdə yenə əsas səbəb kimi sürücü məsuliyyətsizliyi ön plandadır. Baş verəcək hər hansısa bədbəxt hadisənin qarşısını almaq üçün yol polisi nəzarət tədbirlərini gücləndirib.
Ukraynalı jurnalist İvan Kozora ölkə prezidenti Petro Poroşenkonun verilən suala qarşı sərt reaksiyası barədə danışıb. Facebook-da bununla bağlı video paylaşan müxbir bildirir ki, dövlət başçısı onun əlindən mikrafonu alıb, özünü isə hədələyib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.
Birləşmiş Millətlər Təşkilatının fakt araşdırma missiyası Myanmanın yüksək səviyyəli liderlərinin Rakxayn ştatında Rohinca müsəlman azlığına qarşı soyqırım törədilməsi və Kaçin və Şan ştatlarında insanlığa qarşı cinayətlərə görə istintaq və mühakimə olunması üçün Beynəlxalq Cinayət Məhkəməsinə verilməsinə çağırır.
Türkiyənin Çankırı əyaləti, Orta rayonu, Yaylakənd bələdiyyəsinin ərazisində niqablı qadının mikro-avtobusun arxasına bağlanaraq aparılması görüntüləri ciddi narazılıqlara səbəb olub.
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 28-dən sentyabrın 3-dək internet vasitəsilə ixtisas seçimi elan edir.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə, adətən, böyük dövlətlərin liderləri üçün təşkil edilən dövlət yeməyini bu dəfə ölkənin 100 önəmli yevangelist (xristianlığı yayan şəxslər) lideri və həyat yoldaşları üçün verib.
“Məlum statusdan sonra mənə zəng vuran 2 bank, qida sektorunu təmsil edən 1 şirkət, 1 hotel onunla sponsorluq müqaviləsi imzalamağa hazır olduğunu bildirib”.
Gələn ay Bakıda keçiriləcək növbəti hərbi sərgiyə fransız şirkətləri də qatılacaq; Azərbaycan həm də qabaqcıl Avropa ölkələri hesabına silah təchizatını şaxələndirir; rusiyalı tanınmış politoloq: “Erməni işğalı o vaxt sona çatacaq ki...”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?