“Məlum statusdan sonra mənə zəng vuran 2 bank, qida sektorunu təmsil edən 1 şirkət, 1 hotel onunla sponsorluq müqaviləsi imzalamağa hazır olduğunu bildirib”.
Bu sözləri idman jurnalisti Sənan Şəfizadə öz feysbuk hesabında qeyd edib.
S.Şəfizadə qeyd edib ki, müraciət edənlər “Şah”ın menecerinə yönləndirilib.
“Yəqin ki, nəticəsi müsbət olacaq. Bir şirkət 3 il müddətinə onun şəxsi saytını pulsuz idarə etmək, eləcə də dizaynını yeniləməyi təklif etdi. Təkliflər az deyil. Sadəcə çox istərdim ki, Şəhriyarın sponsoru dünya brend şirkətlərindən biri olsun” – jurnalist bildirib.
Qeyd edək ki, ötən gün dünyaca məşhur qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmaması və yarışlara sırf maddi baxımdan təminatını ödəmək üçün qatıldığını yazmışdı./publika.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?