Gundemxeber.az » Xəbərlərin siyahısı: 03.12.2019 » Səhifə 3
İlin əvvəlindən prezident İlham Əliyevin təşəbbüsü ilə start götürən islahatlar prosesinin əslində yekun hədəfi insanların həyat şəraitinin yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsidir. Bu mənada, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətin mərkəzi xəttini təşkil edir
Amnesty International beynəlxalq insan haqları təşkilatı dekabrın 2-də bildirib ki, ötən ay İranın 100-dən çox şəhərini bürümüş etiraz aksiyalarında çox sayda insanın öldüyü təxmin edilir.
Amnesty International təşkilatının bildirdiyinə görə, İranda noyabrın 15-də başlanan kütləvi etirazlar zamanı əksəriyyəti məmurların açdığı atəş nəticəsində olmaqla, azı 143 silahsız insan öldürülüb. Beynəlxalq qurum bildirir ki, İran hakimiyyəti internet bağlantısını qapadaraq bu cinayətləri gizlətməyə çalışıb.
Gundemxeber.az xəbər verir ki, “Qafqazinfo” bu sualla İcbari Tibbi Sığorta Agentliyinə sorğu göndərib.Suala cavab olaraq bildirilib ki, 2020-ci ildə icbari tibbi sığortanın ölkədə mərhələli şəkildə tətbiq olunması təklif olunub: “Gələn ilin 1 yanvar tarixindən icbari tibbi sığorta haqlarının toplanılması nəzərdə tutulur. Məsələ ondadır ki, bəzi
Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib.
Bu gündən dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi tərəfindən ikinci ilkin maliyyə hesabatının təqdim edilməsinə başlanılır.
İrəvanda ötən gün axşam saatlarında rus diplomatı, şair və dramaturqu Aleksandr Qriboyedovun abidəsi təhqir olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?