Bu gündən dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi tərəfindən ikinci ilkin maliyyə hesabatının təqdim edilməsinə başlanılır.
Gundemxeber.Az “Report”a istinadla xəbər verir ki, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, səsvermə gününə ən tezi 20 gün və ən geci 10 gün qalanadək ikinci ilkin maliyyə hesabatı təqdim edilməlidir. İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi üçün son gün 13 dekabr 2019-cu ildir. Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?