ABŞ-ın "Artur J.Finkelsteinand Associates” (AJF) şirkəti və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Azərbaycandakı ümumxalq səsverməsində (referendum) "exit-poll" keçirir.
APA-nın xəbərinə görə, səhər saat 08.00-dan etibarən Bakıda AJF-in informasiya mərkəzi işə başlayıb.
Ölkənin hər yerindən "exit-poll"un nəticələri bu mərkəzə daxil olacaq. Prosesə 930 işçi cəlb olunub. Şirkət ölkə üzrə 100 dairə, 450 məntəqədə "exit-poll" keçirir.
Məlumatlar hər 3 saatdan bir informasiya mərkəzinə daxil olacaq.
AJF "exit-poll"un yekun nəticələrini saat 20.00-da açıqlayacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?