ABŞ-ın "Artur J.Finkelsteinand Associates” (AJF) şirkəti və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Azərbaycandakı ümumxalq səsverməsində (referendum) eksit-poll keçirir.
Səhər saat 08.00-dan etibarən Bakıda AJF-in informasiya mərkəzi işə başlayıb.
Ölkənin hər yerindən eksit-pollun nəticələri bu mərkəzə daxil olacaq. Prosesə 930 işçi cəlb olunub. Şirkət ölkə üzrə 100 dairə, 450 məntəqədə eksit-poll keçirir.
Məlumatlar hər 3 saatdan bir informasiya mərkəzinə daxil olacaq.
AJF eksit-pollun yekun nəticələrini saat 20.00-da açıqlayacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?