GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Fərzad Səmədli: Abbas Lisaninin türkcə danışması İran məhkəmə sistemində böyük bir hadisədir

Fərzad Səmədli: Abbas Lisaninin türkcə danışması İran məhkəmə sistemində böyük bir hadisədir

Tarix: 30-03-2019, 14:47 Bölmə :--- Baxış: 5 867
Fərzad Səmədli: Abbas Lisaninin türkcə danışması İran məhkəmə sistemində böyük bir hadisədir


İran Azərbaycanında tanınmış milli fəal Abbas Lisani yanvarın 15-də Təbrızdə nəzarət altına alındıqdan sonra martın 10-da Ərdəbildə məhkəmə qarşısına çıxarılıb. Ərdəbildə yaşayan Abbas Lisani göstərdiyi fəaliyyətlərə görə son 15 il ərzində dəfələrlə həbs və mühakimə edilib. Bu dəfə Ərdəbildə keçirilən məhkəmə prosesində maraqlı məqamlardan biri Abbas Lisaninin müdafiəsinin Azərbaycan türkcəsində aparılmasını tələb etməsi olub. Ankara universitetində beynəlxalq əlaqələr üzrə doktorluq işi üzərində işləyən tədqiqatçı Fərzad Səmədli Amerikanın Səsinin “Amerika İcmalı” proqramında müsahibəsində Abbas Lisaninin məhkəməsi, azərbaycanlıların milli-mədəni hüquqları uğrunda mübarizəsi və ana dilində təhsil hüququndan danışıb.

Fərzad Səmədli “qanunsuz qrup təşkili”, “rejimə qarşi təbliğat fəaliyyəti” və “əhalini silahlı mücadiləyə təhrik etmə” ittihamları ilə qarşılaşan Abbas Lisaninin məhkəməyə məhbus geyimində gəlməkdən imtina etdiyini və hakimlə Azərbaycan türkcəsində danışdığını qeyd edib. “Son yüz ildə İrandakı bütün mühakimə, məhkəmə proseslərinin dili türkcə olub. Bu, ilk dəfədir ki, Abbas bəy müxaliflik edir və deyir ki, `mən ana dilində danışmaq istəyirəm. Bu, İran məhkəmə sistemində böyük bir hadisədir.”

Fərzad Səmədlinin sözlərinə görə, azərbaycanlı milli fəallar Abbas Lisanin azad edilməsi tələbi ilə kampaniyanı davam etdirir. “Ərdəbil şəhərində, Təbrizdə, Urmiyədə, hətta Tehranda divarlarda Abbas bəy daxil, Azərbaycan siyasi məhbuslarının azad olunması istənilir.”

Fərzad Səmədli İranda etnik azlıqlar, xüsusilə də Azərbaycan türklərinə qarşı ciddi təzyiqlərin olduğunu və son zamanlar milli fəallara qarşı basqıların artdığını qeyd edib.“Azərbaycan lokomotiv motordur. Azərbaycan olmasa, İranda heç bir şey olmaz. Və bunu hər kəs bildiyi üçün Azərbaycan üzərində həssasiyyət artır” - deyə o bildirib.

Abbas bəy müxaliflik edir və deyir ki, `mən ana dilində danışmaq istəyirəm`.
Fərzad Səmədli

Fərzad Səmədli Urmiyə gölündə yaranmış ekoloji fəlakəti xüsusi qeyd edib. “Urmu gölü o qədər mühüm məsələdir ki, əgər bu məsələ qısa bir dönəmdə, 10 ildə çözülməzsə, Azərbaycandan 15 milyon insan köçmək məcburiyyətində qalacaq. Təkcə milli fəallara təzyiq deyil, bizim eko-sistemimiz üzərində, bizim sosial stkruktur, bizim tariximiz, mədəniyyətimiz, dilimiz, keçmişimiz üzərində təsirlər var.”

Fərzad Səmədli İranda azərbaycanlıların ana dilində təhsil hüququnun təmin olunması məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən sistematik təzyiq göstərilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, azərbaycanlıların ana dilində təhsillə bağlı əsas istəkləri Azərbaycan dilinin orta məktəblərdə tədrisi ilə yanaşı, dilin rəsmiləşdirilməsini əhatə edir.

“Təbrizdə, Ərdəbildə, Urmiyədə, hətta Tehranda, hətta qaşqayi türklər, hətta türkmən və əfşar türkmənlər `türk dilində mədrəsə olmalıdır hər kəsə` deyəndə bütün İranda türkcənin rəsmi olmasını istəyirlər. Yəni biz sadəcə bir neçə məktəbdə gələk öz dilimizdə oxuyaq, bu, çox önəmlidir, qətiyyətlə buna dəyər veririk, qətiyyətlə bunun olması lazımdır, amma bizim dilimiz əksəriyyətə yaxın olduğumuzdan dolayı rəsmiyyəyə qovuşmalıdır. Kimsə bunun qarşısını ala bilməz. Bu, beynəlxalq haqqdur. Bu, beynəlxalq insan haqları bəyannaməsində var. Bu, sosial, beynəlxalq siyasi razılaşmalarda var. İran da bunların hamısını imzalamış. Yəni bunlarla bağlı hüquqi proses başlatmaq mümkündür.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təbriz məhkəməsi Abbas Lisaninin etirazını qəbul edib

    Təbriz məhkəməsi Abbas Lisaninin etirazını qəbul ...

    8-01-2019, 21:03

  • 
  • Türk fəal Abbas Lisani Təbriz zindanında

    Türk fəal Abbas Lisani Təbriz zindanında ...

    7-01-2019, 14:08

  • 
  • Qubad İbadoğlu: “Abbas Lisaninin azadlığı naminə haqq səsinizi ucaldın”

    Qubad İbadoğlu: “Abbas Lisaninin azadlığı naminə ...

    4-02-2019, 13:34

  • 
  • Müsavat Partiyası: “Abbas Lisaninin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirik”

    Müsavat Partiyası: “Abbas Lisaninin qeyd-şərtsiz ...

    6-02-2019, 11:46

  • 
  • Sabir Rüstəmxanlı: "Abbas Lisaniyə Azadlıq!"

    Sabir Rüstəmxanlı: "Abbas Lisaniyə ...

    7-02-2019, 12:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu