Tanınmış türk fəal Abbas Lisani yaşadığı Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Təbriz zindanına göndərilib.
Lisaninin daha əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmənin çıxardığı 10 ay həbs hökmünü keçirmək üçün saxlandığı bildirilir.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, milli fəal İran Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində etdiyi nitq səbəbilə mühakimə edilib.
Keçən ilin sentyabr ayında SMS çağırışı ilə Təbriz İnqilab Məhkəməsinə çağrılan fəal “rəsmi damğalı çağırış vərəqəsi” göndərilmədiyi üçün məhkəmə iclasına qatılmağı rədd etmişdi.
Abbas Lisani keçən təqribən 15 ilin ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?