GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Moskva Paşinyandan narazıdırsa, Ermənistana hərbi yükləri niyə daşıyır?

Moskva Paşinyandan narazıdırsa, Ermənistana hərbi yükləri niyə daşıyır?

Tarix: 24-09-2020, 15:03 Bölmə :--- Baxış: 259
Moskva Paşinyandan narazıdırsa, Ermənistana hərbi yükləri niyə daşıyır?


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi və Ermənistan hakimiyyəti haqqında buna qədər səsləndirmədiyi sözləri işlədib.

O Moskvada Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir:

“Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Əgər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sonradan təkzib mənasında Lavrovun sözlərinin doğru yayınlanmadığını bildirməyəsəksə, Rusiyanın xarici işlər nazirinin Milli Məclis sədrinə dedikləri ciddi əhəmiyyət kəsb edir.

Birincisi, Lavrov demək istəyir ki, Rusiya hakimiyyəti münaqişənin “mərhələli həll” planını dəstəkləyir, ancaq Ermənistanın baş naziri Nikol Paşinyan buna mane olur.

Sual olunur: Əgər Nikol Paşinyan Moskvanın dəstəklədiyi “mərhələli həll” planını əngəlləyirsə və erməni baş nazir Lavrovun təbirincə desək, “nimzamlamaya mane olursa” nədən Rusiya Ermənistana hərbi yardımı dayandırmır, tam əksinə hərbi yüklərin daşınması davam edir. Paşinyan Moskvanın “sülh səylərini” əngəlləyirsə, Kreml məntiqlə Paşinyana təzyiq etməli, ən azı onun əli ilə Ermənistan ordusunun gücləndirilməsini müvəqqəti dayandırmalıdır. Digər tərəfdən Rusiyanın əlində Paşinyana təzyiq etmək üçün kifayət qədər iqtisadi və enerji alətləri var. Kreml bu təzyiq alətlərindən istifadə etmir. Yəni Paşinyanı başa salmaq üçün Kremlin əlində alətlərin sayı kifayət qədərdir, ancaq bunların heç birindən istifadə olunmur.

Görünür, Lavrovun son açıqlaması Kremlin müharibə qorxusundan irəli gəlir. Kreml Azərbaycanın Türkiyə ilə birgə hərbi hazırlıqlarını müşahidə edərək, iki dövlətin işğal altındakı torpaqları azad etmək ruhunu bilərək “Paşinyan sözümüzə qulaq asmır” açıqlamasıyla bizi sakitləşdirməyə, müharibə risqini azaltmağa çalışır.

İkincisi, Lavrov 5 rayonun azad olunmasından danışarkən, Şuşa, Kəlbərəcər və Laçının taleyi barədə fikir söyləməyib. Biz 5 rayonun azad olunmasıyla kifayətlənə bilmərik. Azərbaycan Ermənistanla nəqliyyat-kommunikasiya sistemini yalnız o halda bərpa edə bilər ki, 5 rayonla yanaşı Şuşa, Kəlbəcər və Laçının da azad olunmasını təmin edilsin. Ermənistan hakimiyyəti yerli separatçılarla birgə təxribatlarını – köçü, müəssisələrin açılmasını və “parlamentin” köçürülməsini məhz adı çəkilə rayonlarımızda həyata keçirir. Lavrovun bu haqda mövqeyi bəlli deyil.

Üçüncüsü, Lavrov “əraziyə sülhməramlıların yerləşdirilməsi vacibdir” deyərkən şübhəsiz Rusiya hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsini nəzərdə tutur. Buna yol vermək olmaz. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarına görə, Dağlıq Qarabağda neytral ölkələrin sülhməramlıları yerləşdirilməlidir. Çünki Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə bir daha Azərbaycan çıxmayacaq. Elə SSRİ dövründə Qarabağ separatçıları rusların bölgədəki hərbi bazalarından əldə etdiyi silahlar və hərb texnika vasitəsilə torpaqlarımızı işğal etmiş, qətliamlar törətmişdi. Əgər Moskva rusiyalı “sülhməramlılarının” bölgədə yerləşməsində israr edərsə, biz də Türkiyə hərbçilərinin Dağlıq Qarabağın azərbaycanlılar yaşayan hissəsində, o cümlədən Şuşada, Kəlbəcərdə və Laçında yerləşməsini təmin etməliyik.

Sergey Lavrovun açıqlaması Nikol Paşinyanın və onun komandasının tənqidinə səbəb olacaq, eyni zamanda erməni baş nazirin əsas rəqibi və Kremlin yaxın dostu Robert Köçəryanın əlini gücləndirəcək. Məhz Köçəryan bir neçə gün əvvəl erməni eskeprtlərlə görüşdə demişdi ki, Paşinyanın Rusiya ilə soyuq münasibətləri Ermənistan üçün ciddi problemə çevriləcək. Lavrov son açıqlamasını prezident Vladimir Putnlə razılaşdırıb və bəlkə də onun təlimatıyla danışıb. Putin Lavrov vasitəsilə Paşinyan haqqında düşündüklərini səsləndirməklə Ermənistanda hakimiyyətdə kimi görmək istədiyini ortaya qoyub.

Bütün hallarda Rusiya rəsmilərindən kimsə ilk dəfə açıq şəkildə Paşinyandan narazı olduqlarını və 5 rayonun azad edilməsi vacibliyini dilə gətirib. Bu Azərbaycan – Türkiyə hərbi ittifaqı gücləndirilməsinin və müharibə hazırlıqlarının doğru strategiya olduğunun göstəricisidir. Demək, Ermənistana hərbi təzyiqi artırmaqda fayda var.

“Atlas” Araşdırmalar Mərkəzi
/yenicag.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Rusiya 5 rayonun geri qaytarılmasının tərəfdarıdır” - Lavrov

    “Rusiya 5 rayonun geri qaytarılmasının ...

    23-09-2020, 14:38

  • 
  • Rusiya XİN: "Lavrov-Qafarova görüşündə Dağlıq Qarabağ problemi diqqət mərkəzində olub"

    Rusiya XİN: "Lavrov-Qafarova görüşündə ...

    24-09-2020, 14:35

  • 
  • Mariya Zaxarova: "Sergey Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"

    Mariya Zaxarova: "Sergey Lavrov Bakıda ...

    13-12-2018, 15:09

  • 
  • Sergey Lavrov Azərbaycana gəlir

    Sergey Lavrov Azərbaycana gəlir ...

    29-11-2019, 10:45

  • 
  • Lavrov: "Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə..."

    Lavrov: "Rusiya bundan sonra da Dağlıq ...

    11-11-2019, 15:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu