“Azərbaycanın möhtəşəm turizm mərkəzi sayılan və hərbi əməliyyatlar bölgəsindən çox uzaq olan Qəbələ şəhəri Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat verib.
Onun sözlərinə görə, SCUD tipli olduğu hesab edilən raketlər Ermənistanın Qafan və Cermuk rayonlarından atılıb.
“Ermənistanın dəliliyinin həddi-hüdudu yoxdur”, - deyə Prezidentin köməkçisi əlavə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?