Avropa Dərman Agentliyi (EMA) koronavirusa qarşı “AstraZeneca” peyvəndinin istifadəsini təsdiqləyib.
Peyvənd Avropa İttifaqında (Aİ) istifadə üçün Avropa Komissiyası tərəfindən təsdiqlənməlidir.
Bu barədə “Deutsche Welle” məlumat yayıb.
Sözügedən peyvənd Avropa tənzimləyicisi tərəfindən təsdiqlənmiş üçüncü dərmandır.
Bundan əvvəl “Pfizer/BioNTech” və “Moderna” Aİ-də istifadə üçün təsdiqlənib.
Mütəxəssislər “AstraZeneca” peyvəndinin rəqiblərindən daha ucuz və asan saxlama şərtlərinə sahib olduğuna inanırlar.
Bununla yanaşı, peyvəndin 65 yaşdan yuxarı insanlar üçün təsiri barədə kifayət qədər məlumat yoxdur. Buna görə Almaniyada yaşlı insanlara bu peyvəndi istifadə etmək tövsiyə olunmur.
Sorğu
Yeni dizaynımız necədir?