GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Azərbaycanda problemli kreditlər niyə artır?

Azərbaycanda problemli kreditlər niyə artır?

Tarix: 25-08-2021, 21:35 Bölmə :--- Baxış: 1 259


Ötən ilin dekabr ayından bu ilin aprelinə kimi olan aralıqda Azərbaycan banklarında vaxtı keçmiş kreditlərin həcmində aybaay artım qeydə alınıb. Mayda cüzi azalmadan sonra iyundan artım bərpa olundu. Avqustun 1-i tarixinə kredit təşkilatlarının portfelində 937,5 milyon manat həcmində vaxtı keçmiş kredit olub. Bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlərin artımı bankların son zamanlar nümayiş etdirdiyi aqressiv kredit siyasəti fonunda baş verir. Belə ki, kredit təşkilatları vətəndaşlara SMS göndərərək onlara əmək haqqının 10-20 misli qədər borc təklif edir. Onlar bəzi hallarda başqa bank qarşısında aktiv öhdəliyi olan şəxslərə belə kredit verməyə hazır olduqlarını bəyan edirlər. Bəs problemli kreditlərin həcminin artımı və bankların aqresiv kredit siyasəti aparması nə ilə əlaqədardır?

Bu barədə “Report”a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, problemli kreditlərin artması texniki məqamdır və hesabatlılıqla bağlıdır.

“Ümumiyyətlə götürəndə problemli kreditlərin qısamüddətli dövrdə dinamikasının dəyişməsi əsasən hesabatlılıqla bağlıdır. 2020-ci ildə tənzimləyici tərəfindən banklara müəyyən requlyativ güzəştlər verildi. Bu zaman onlara müəyyən gecikmələr müşayət olunan kreditlərin toksik aktiv hesab edilməməsi ilə bağlı bir tövsiyyə edildi. Bu ilin əvvəlindən bu gecikmələr artıq hesabatlılığa pisləşmiş kredit kimi düşməyə başladı. Buna görə də bu istiqamətdə mərhələli şəkildə müəyyən artımlar müşahidə olunur.

Nəzərə almaq lazımdır ki, bəzi banklar öz maliyyə göstəricilərini müəyyən qədər daha yaxşı göstərməyə çalışır. Yəni rəqəmlərlə manipulyasiya edir. Biz bunun təsdiqini ötən il bağlanan dörd bankın təcrübəsində gördük. Mərkəzi Bank sədri səviyyəsində etiraf edildi ki, həmin bankalar verdiyi hesabatlarda açıqladığı maliyyə göstəricilərində dürüst davranmayıblar. Yəni tənzimləyiciyə belə düzgün məlumat təqdim etməyiblər. Bu mənada bir sıra hallarda bu toksik aktivlərlə bağlı açıqlanan indikatorlar real vəziyyəti əks etdirmir. Buna görə də problemli kreditlərlə bağlı vəziyyəti tam görmək mümkün olmur. Bu ilin əvvəlində requlyativ güzəştlərin müddəti bir az daha artırıldı və hazırda bu tip manipulyasiyaları etmək mümkündür. Lakin güzəştlər aradan qaldırılandan sonra real qiymətləndirmə həyata keçiriləcək. Bundan sonra biz problemli kreditlərin həcminin daha sürətlə artacağını görəcəyik. Bir məsələ də aydındır ki, koronavirus pandemiyası bazar şərtlərini ağırlaşdırıb. Həm biznesin həm də vətəndaşların kredit qaytarma qabiliyyəti pisləşib. Bu bir reallıqdır, bir faktdır. Belə şərtlər daxilində toksik aktivlərin artması normaldır, başa düşünüləndir”.

Bankların aqressiv siyasət aparması məsələsinə toxunan ekspert, bunun müştərini maraqlandırmaq, onun diqqətini cəlb etməkdən başqa bir şey olmadığını deyir.

Onun sözlərinə görə, kredit təşkilatları hələ də Məsuliyyətli Kreditləşmə Siyasətini gözləyirlər və bu çərçivədən kənara çıxmamağa çalışırlar: “Bankların aqressiv kredit siyasəti yürütmədiyi ilk növbədə statistikadan görünür. Belə ki, son 2 ildə kredit portfeli cəmi 1 milyard manat artıb. Yəni kəskin bir böyümə müşahidə etmirik. Təcrübə onu göstərir ki, vətəndaşlara mesajların, hədəfli bildirişlərin gəlməsi sadəcə diqqət cəlb etmək, maraqlandırmaq məqsədi daşıyır. Həm 2015-ci ilin iki devalvasiyasından sonrakı proseslərin, həm də koronavirus pandemiyasının yaratdığı təsirlərdən dolayı sağlam müştəri kontingenti əhəmiyyətli dərəcədə azalıb. Bazar xeyli kiçilib, bu da bankların manevr imkanlarını məhdudlaşdırır. Yəni banklar çox məhdud bir müştəri kontingenti üçün sərt mübarizə aparırlar. Aqressiv təkliflərlə çıxış etmələri bununla əlaqədardır. Bank sizə 30 min manata kimi kredit ala biləcəyinizə dair məsaj yollaya bilər. Amma banka müraciət etsəniz əksər hallarda nə qədər ciddi prosesin başladığını görəcəksiniz”.

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Problemli kreditlərin həcmi ARTIR

    Problemli kreditlərin həcmi ARTIR ...

    9-09-2017, 09:30

  • 
  • Azərbaycanda problemli kreditlər – 1 milyard

    Azərbaycanda problemli kreditlər – 1 milyard ...

    4-11-2014, 12:15

  • 
  • Dollarla problemli kreditlərin həcmi artıb

    Dollarla problemli kreditlərin həcmi artıb ...

    28-08-2018, 13:10

  • 
  • Borcu borcla bağlamaq: Problemli kreditləri azaltmağın yeni yolu - Bu, çıxış yoludurmu?

    Borcu borcla bağlamaq: Problemli kreditləri ...

    31-10-2018, 14:03

  • 
  • Azərbaycanda gecikmiş kreditlərin məbləği nə qədərdi?

    Azərbaycanda gecikmiş kreditlərin məbləği nə ...

    19-01-2018, 07:18


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (328)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu