Azərbaycanda vaxtı keçmiş kreditlər bu il avqustun 1-nə 1 milyard 812,8 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, iyulun 1-i ilə müqayisədə 2,1 milyon manat və yaxud 0,12% çoxdur.
İlin əvvəlinə nisbətən problemli kreditlər 340,2 milyon manat və yaxud 23,1%, son 1 ildə isə 308,4 milyon manat və yaxud 20,5% artıb.
İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,1% olub. Bu nisbət iyunun sonunda 13,1%, ötən ilin sonunda və ötən il iyulun sonunda isə 9% təşkil edirdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?