GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » J

J

Tarix: 6-10-2021, 10:52 Bölmə :--- Baxış: 237

"Kor burda, ya Bağdadda” nə fərqi var ki? - ŞOK MÜRACİƏT

Jurnalist Cavid Şirəliyev Masallı rayonunun sosial-iqtisadi problemləri barədə Prezident İlham Əliyevə müraciət edib. Bu barədə onun özü GundemXeber.Az-ın redaksiyasına məlumat verib. 

O, müraciətində yazıb ki, 2019 -cu ildə Rafil Hüseynov Masallı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsindən azad olunanda bilirsiniz sakinlər nə qədər sevinirdi? Həmin vaxt hər kəsin üzündə təbbəssüm var idi. O günü insanlar xüsusi təmtəraqla qeyd edirdilər. İnanın ki, onun gedişi münasibəti ilə hətta qurbanlar da kəsilirdi. Rayon sakinləri böyükdən kiçiyə hər kəs "Allah cənab Prezidentin canını sağ eləsin, onu qorusun, bizi belə şərəfsizin zülmündən xilas etdi",-  deyə bir- birlərinə gözaydınlığı verirdilər.

Sirr deyil ki, Rafil Hüseynovun icra başçısı olduğu müddətdə Masallı rayonunun sosial-iqtisadi problemləri daha dərinləşdi. Deyilənlərə görə o, fəaliyyəti dövründə rayonun sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitləri dədə malı kimi mənimsədi. Rafil Hüseynovun bu və digər qanunsuz əməl və hərəkətləri barədə ölkə mətbuatında, sosial şəbəkələrdə kifayət qədər materiallar yayımlandı. Prezident Adminstrasiyasına çoxsaylı ərizə və şikayətlər göndərildi. Ancaq onu himayə edənlər bütün proseslərin qarşısını ala bildilər. Rafil Hüseynov icra başçısı kimi Masallı rayonunda heç də yaxşı imic qazana bilmədi. Bu da arzuolunan hal deyil. İnanıram ki, o, elə Ağcəbədi rayonunda da yaramaz əməllərini davam etdirir.. "Kor burda, ya Bağdadda” nə fərqi var ki?.

Cavid Şirəliyev daha sonra qeyd edir ki, Rafil Hüseynovla Şahin Məmmədovun yeri dəyişdi. Onlar bir-birini əvəzlədi. Ancaq başqa heç nə dəyişmədi: “köhnə hamam, köhnə tas”… Axı nə vaxt olub ki, toplananların yerini dəyişəndə cəm dəyişsin? Açığı, bəziləri Şahin Məmmədovun Rafil Hüseynovla müqayisədə daha yaxşı olacağına, rayonun sosial-iqtisadi problemlərinin həlli istiqamətində konkret addımlar atacağına ümidli idilər.  Cavid  Şirəliyev əlavə edir ki, Şahin Məmmədovun Ağcəbədi rayonundakı fəaliyyətinə azdan-çoxdan bələd olan bir jurnalist kimi ondan müsbət gözləntim yox idi və onun yaxşı işlər görəcəyinə inanmırdım. Atalar yaxşı deyib ki, görünən kəndə bələdçi lazım deyil. Ölkə mətbuatından və sosial şəbəkələrdən onun da rüşvətxor və dövlət vəsaitlərini həzm-rabedən keçirən icra başçılarından biri olduğunu bilirdim. Şahin Məmmədov korrupsioner olmasaydı, milyonlara və külli miqdarda daşınmaz əmlaklara necə sahib ola bilərdi?

“Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun yarıtmaz fəaliyyəti rayonda ciddi sosial-iqtisadi problemlər yaradıb. İşsizlik pik həddə çatıb. Rayonun gəncləri günlərini çayxanalarda keçirirlər. Məhz bunun nəticəsidir ki, gənclər arasında kriminal mühitə maraq artıb. Hətta, belə bir məlumat da var ki, imkansızlıqdan ailələr dağılır. Qadınlar əxlaqsızlığa meyl göstərirlər. Buna inkişaf demək olarmı? Cənab Prezident, dəqiq bilmirəm Sizə necə məlumat verilir, amma Masallı rayonunda insanlar yaşamır, sürünür.

Ölkə mətbuatında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, rayonun abadlaşması üçün daşı daş üstə qoymayan Şahin Məmmədov qonşu Gürcüstanda dəyəri milyon dollarla müqayisə olunan obyektlər tikdirir. Bu hələ son yayılan məlumatdır. Məlumat icra başçısı tərəfindən təkzib olunmayıb. Necə təkzib edə bilər ki? Axı belə bir deyim var: "Od olmayan yerdən tüstü çıxmaz". Əslində hökumət səviyyəsində Şahin Məmmədova sual verilməli idi ki, bu nə məlumatdı, sənin başçısı olduğun rayonda insanların yaşayışı, ümumi vəziyyət bərbad olduğu halda, səndə bu qədər pul-para hardandır və.s?. 

Cnab Prezident, Siz, demək olar ki, hər çıxışınızda rüşvətxor və korrupsioner məmurları kəskin tənqid edirsiniz. Onlara düz yola qayıtmalarını, normal işləmələrini tapşırırsız. Təəssüf ki, Şahin Məmmədov kimilər bu deyilənləri eşitməzlikdən gəlir, sözləri qulaqardına vururlar. O zaman belə çıxır ki, məmurların gönü qalındır?! Eşitdiklərimə əsasən deyə bilərəm ki, Masallı rayonu da Şahin Məmmədovun rəhbərliyi altında rüşvət və korrupsiya yuvasına çevrilib.

Deyək ki, Şahin Məmmədov icra hakimiyyətinin başçısı kimi rüşvətxordur, dövlət vəsaitlərini mənimsəyəndir. Rayonun vəzifəli şəxsləri onun qulbeçələridir. Onun hətta səhv sözünə hamı "amin" deyir və.s Bəs rayonun iki deputatı da var axı. Bu qədər problemlər varkən, onlar hardadır, niyə susurlar? Deputatlar nə işlə məşğuldurlar? Niyə ağızlarına su alıb oturublar? Onların fəaliyyəti niyə görünmür? Yoxsa, deputatlar da icra başçısından qorxurlar?! Son bir ildə deputatların əsas fəaliyyəti şəhid qəbirlərinin kölgəsində baş girləməkdən ibarət olub. Rayonda iş adamlarından və deputatlardan formalaşmış bir qrup var ki, onlar Şahin Məmmədovun cinayət xarakterli əməl və hərəkətlərini xeyirxahlıq nümunəsi kimi təbliğ etdirirlər."

Cavid Şirəliyev həmçinin  Prezident İlham Əliyevə yazır ki, Şahin Məmmədov gah Sizin dostunuz və sinif yoldaşınız olduğunu deyir, gah da özünü Zeynal Nağdəliyevin "kadr"ı kimi təqdim edir. Bunun çörəyi daşdan çıxan sıravi vətəndaşa aidiyyatı varmı?! Ac-yalavac ailələr Şahin Məmmədovun mənasız sözləri ilə qidalanmalıdırlar? Digər tərəfdən, bəlkə də o, rayonda baş verə biləcək narazılığın qarşısını almaq üçün belə bir ifadəni cəmiyyətə ötürür?! "Kurtlar Vadisi Pusu" serialındakı bir epizod ibrətamizdir. Serialın baş qəhrəmanı Polat Alemdarın Turan Kaçgarla dialoqunda dediyi "bi almanlarla gəziyosun, bi amerikalılarla, bi israillilerle... Sənin baban kim?" ifadəsini Şahin Məmmədova da aid etmək olar. Bizim üçün də çox maraqlıdır, Şahin Məmmədov kimin adamıdır, onun "babası" kimdir? Buna "dur, biraz ağıllı ol, özünü toparla" deyən tapılacaqmı? Bir də Şahin Məmmədovun kimin adamı olmasının nə önəmi var axı? Əsas məsələ budur ki, Şahin Məmmədov və onun kimilər vəzifə borclarını ləyaqətlə icra etsinlər.

Cavid Şirəliyev yazır ki, cənab Prezident,  mən, bu müraciətin hərtərəfli və obyektiv araşdırşlacağına tam şübhə ilə yanaşıram. Çünki,  bütün rəhbər şəxslərin olduğu kimi Şahin Məmmədovun da Prezident Adminstrasiyasındakı "krişa"ları dərhal müraciəti ya gizlədəcəklər, ya da onu baxılması üçün Masallı rayin İcra Hakimiyyətinin aparatına göndərəcəklər. Elə buna görə də Şahin Məmmədovun və digər iribuynuzlu məmurların əməl və hərəkətlərindən doğru-dürüst məlumatınız yoxdur. Şahin Məmmədov toxunulmaz olduğunu, hər nə olursa olsun, kimsə ona "gözün üstə qaşın var" deməyəcəyini düşünüb, rayonda özbaşınalıqlar, haqsızlıqlar və qanunsuzluqlar edir. Jurnalist kimi peşə borcumdur ki, gördüklərimi və bildiklərimi yazım.

Şahin Məmmədovun qanunsuz əməl və hərəkətləri barədə müraciətlərim davamlı olacaq. Yuxarıda qeyd etdiyim kimi, ola bilər ki, onu himayə edənlər müraciətlərin qarşısını alsınlar. Bu mümkün haldır. Ancaq mən yenə də müraciətlərin bilavasitə Sizə çatması üçün bütün güc və imkanlarımı səfərbər edəcəm. Belə olan halda bütün məsuliyyət Przident Adminstrasiyasında vətəndaşların ərizə və şikayətlərinə məsul olan şəxslərin üzərinə düşəcək.

Şahin Məmmədovla və onun kimi talançı məmurlara bağlı şikayətlərin araşdırılması, həmçinin onların barəsində hüquqi tədbirlərin həyata keçirilməsi artıq zərurətə çevrilib"-deyə jurnalist Cavid Şirəliyev bildirib.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Kor burda, ya Bağdadda” nə fərqi var ki? - ŞOK MÜRACİƏT

    "Kor burda, ya Bağdadda” nə fərqi var ki? - ...

    6-10-2021, 10:58

  • 
  • Jurnalist prezidentə yazdığı üçün Masallının icra başçısı tərəfindən məhkəməyə verildi

    Jurnalist prezidentə yazdığı üçün Masallının icra ...

    12-11-2019, 21:23

  • 
  • Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib - FOTO

    Prezident İlham Əliyev Masallı rayonuna səfərə ...

    18-09-2018, 12:17

  • 
  • Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil Hüseynov AĞCABƏDİNİ necə idarə edir?-RAFİL HÜSEYNOV DA HƏBS OLUNA BİLƏR

    Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil ...

    16-02-2021, 22:26

  • 
  • Qadın sahibkarı 10 min manata görə döydürən icra başçısı… - Rafil Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...

    Qadın sahibkarı 10 min manata görə döydürən icra ...

    7-04-2021, 14:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu