GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Şəhid və qazi ailələrinə düşmənçilik siyasəti nədən qaynaqlanır?

Şəhid və qazi ailələrinə düşmənçilik siyasəti nədən qaynaqlanır?

Tarix: 20-10-2021, 16:31 Bölmə :--- Baxış: 356

Şəhid və qazi ailələrinə düşmənçilik siyasəti nədən qaynaqlanır?


Hökumətin əhaliyə sosial “tələb-təklif” xidməti


Qiymətlər noyabrdan qalxır, yardımların gələn ildən artırılması gözlənilir


İllərdir bayram , altı – bazar dincəliş günləri gələndə Azərbaycan əhalisinin canına qayğı-təlaş dolur, görəsən, Tarif Şurası suyun, qazın, işığın, istiliyin, gediş haqqının qiymətini gecə ilə nə qədər artıracaq ? Bu ilin 31 yanvar bazar günündə , hələ üstəlik pandemiyanın toplaşmağa qadağa qoyduğu vaxtda Tarif Şurasının gizlin “toplaşaraq” suyun qiymətini iki dəfə artırmasının aztəminatlı şəxslərə elə də yetkisi olmayacağı vurğulandı. Bu artım yetkisizliyinin sosial-iqtisadi “əsaslandırılmasının” sürdüyü 9 ayda benzinin də qiyməti qalxdi və təbii ki, aztəminatlı ailələrin büdcəsinə “yetkisi olmadığından” sosial ödənişlərin məbləğinin artırılması yada düşmədi . 3 gün qabaq iş günü olmayan 16 oktyabrda Tarif Şurasının adlı-sanlı üzvləri istirahət -dincəlişlərini pozaraq, qazın və işığın qiymətini aztəminatlı əhalinin “xeyrinə” noyabrın 1-dən 20 faiz həcmində artırmağa qərar veriblər. Çox böyük diqqət və qayğıdır, qiymət artımı , əvvəllər olduğu kimi, anında yox, 15 gündən sonra qüvvəyə minir. Hökumət əhalinin sosial ödənişlərinin artırılması qayğısına qalmağı gələn ildən fikirləşəcək . Onsuz da, hökumət rəsmiləri qiymət artımının aztəminatlı ailələrə yetkisiz olacağını “əsaslandırmaqda” dil-boğaza qoymurlar. Anlamaq olmur , qiymətlərin artdığı, gəlirlərin dəyişməz qaldığı, son illərdə hətta azaldığı halda, əhalinin sosial durumunun yaxşılaşacağı necə baş verə bilər? Bəs qanunverici dövlət orqanı – Milli Məclis nə fikirləşir?


Prezidentin 26 dekabr 2001-ci il tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanının 1-ci bəndinin 5-ci hissəsinə əsasən, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ailə üzvlərinin hər birinə ayrılan 12 manatlıq aylıq müavinətin verilməsindən Milli Məclis bayram günü - 31.12.2020 tarixli 1223 saylı qanunla imtina edib! (?) “Sosial – iqtisadi əsaslandırma” - şəhid ailələrinə Prezident təqaüdünün artırılması olub! (?) Belə “diqqət və qayğı”dan hansı ölkədə var? Sözügedən fərmanın 1-ci bəndinin 1-ci hissəsinə əsasən, Qarabağ , 20 Yanvar, Böyük Vətən (?-M. B. ), Çernobil əlillərinə ayrılan və 05.01.2021-ci il tarixli 1244 saylı Prezident fərmanı ilə 26 manat müəyyən edilən aylıq müavinətin verilməsindən isə hökumət özü, ƏƏSMN imtina etməkdədir. Yeri gəlmişkən, həmin fərmanla şəhidin dul qalmış həyat yoldaşına 18 manatlıq aylıq müavinətin verilməsindən də imtina edilir. “Həlak olmuş döyüşçülərin dul arvadları” dedikdə hökumət Qarabağ Vətən müharibəsi döyüşçülərini yox, “Böyük Vətən” müharibəsi döyüşçülərini nəzərdə tutur! (?)


Şəhid ailələrinə “milli” hökumətin “diqqət və qayğı” siyasəti pensiyalarının 4 il yarım qabaqdan azaldılmasında əksini tapıb. Milli Məclisin 10.03.2017 tarixli 543-VQD saylı Qanunu ilə “Əmək pensiyaları haqqında” qanunun 18.1-ci maddəsi ləğv edilərək, şəhidin həyat yoldaşına (və ya valideyninə) əmək pensiyasının baza hissəsinin 100 faizi, uşaqlarına, digər ailə üzvlərinə 50 faizi ödənilməsi əvəzinə, 18.2 maddəsi əsasında pensiyanın ailə üzvlərinin sayına nisbətdə təyin edilməsi qərara alınıb. Kimsə deyə bilər ki, bununla bağlı şəhid pensiyası niyə və necə azalır ? Aydın olsun deyə, 10.03.2017 tarixinə kimi ailə başçısını itirməyə görə pensiyanın baza və sığorta hissədən ibarət olmaqla, baza hissəsinin əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatı rolunu oynadığını vurğulayaq. Milli Məclis həmin tarixdən pensiyaların baza hissəsinin üzərindən xətt çəkməklə pensiyaçıların sosial müdafiəsinin dövlət təminatını da ləğv etmiş oldu. 500 manatlıq pensiya təminatına haqq edən beş nəfərlik şəhid ailəsinin başçısı (şəhidin əmək pensiyası hüququ olan həyat yoldaşı və ya valideyni) 2017-ci ilə kimi ortalıq 120 manatlıq baza hissəsi və 380 manatlıq sığorta ödənişini, digər 4 ailə üzvünün hər biri isə 120 manatlıq baza hissəsinin 60 manatlıq yarısı məbləğində (toplam 240 manat ) pensiya alırdısa, 5 ilə yaxındır, həmin 500 manatlıq pensiya məbləği ailə üzvləri arasında bölüşdürülməklə təyin olunur. Bu isə o deməkdir ki, şəhid ailələrinin toplam


pensiyası 50 faiz həcmində azalıb. 500 manatlıq pensiya təminatı haqqı olan beş nəfərlik şəhid ailəsinin pensiyası 2017-ci ilə kimi ortalıq 740 manat idisə, beş il olacaq ki, bu məbləğ 500 manatı keçmir. Biz hələ sığorta hissəsinin də beş nəfər arasında bərabər bölünməklə pensiyanın üzərinə əlavə olunmasını demirik. “Əmək pensiyaları haqqında” qanunun 18.1 maddəsinin ləğv edilməsi ilə həmin əlavələr də hesablana bilmir. Elə bu qanunun 19-cu maddəsi də 29 dekabr 2020-ci il tarixli 240-VlQD saylı qanunla ləğv edilərək Qarabağ əlillərinin , şəhid ailələrinin pensiyalarına nəzərdə tutulan əlavələrin verilməsindən imtina edilib. “Əsas” kimi Prezident təqaüdünün artırılması göstərilir. Bəyəm Prezident təqaüdü indiyədək artırılmayıb? Şəhid ailələrinə 2007-ci, qazilərə 2009-cu ildən 90-100 manatlıq Prezident təqaüdü təyin edilməsini nəzərə alsaq, şəhid və qazi ailələrinin pensiyalarının azaldılmasını təqaüd artımı ilə izah etmək absurddur. Faktiki olaraq, şəhid ailələrinə, qazilərə qarşı düşmənçilik siyasəti hökm sürür. 2002-ci ildən ayrılan kommunal, nəqliyyat və digər xidmətlər əvəzi cüzi aylıq müavinətin verilməsindən imtinanı da Prezident təqaüdünə “bağlayan” deputatlar və sosial müdafiə məmurları, görəsən, qazi və şəhid ailələrindən olmayan , eləcə də əlillik dərəcələri “qəssab” həkimlər , “cəllad” hakimlər tərəfindən ləğv edilən aztəminatlı şəxslərin kommunal xidmət qiymətlərinin qarşısında “sınmalarını” nə ilə “bağlayacaqlar” ?


2022-ci ilə kimi yaşaya bilsək, görərik. ..


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid və qazi ailələrinə düşmənçilik siyasəti nədən qaynaqlanır?

    Şəhid və qazi ailələrinə düşmənçilik siyasəti ...

    20-10-2021, 16:32

  • 
  • Tarif Şurası sabah bahalaşma qərarı verəcək!

    Tarif Şurası sabah bahalaşma qərarı verəcək! ...

    5-01-2014, 23:33

  • 
  • Qaz, işıq, su da bahalaşacaq!!!

    Qaz, işıq, su da bahalaşacaq!!! ...

    3-12-2013, 14:34

  • 
  • Gecənin şok xəbəri: fevralın 1-dən suyun və işığın qiyməti qalxır

    Gecənin şok xəbəri: fevralın 1-dən suyun və ...

    18-01-2014, 01:00

  • 
  • Tarif Şurası: Kommunal haqların artırılması məsələsi gündəmdə deyil

    Tarif Şurası: Kommunal haqların artırılması ...

    6-11-2013, 11:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu