Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şəhid və qazi ailələrinə düşmənçilik siyasəti nədən qaynaqlanır?
Hökumətin əhaliyə sosial “tələb-təklif” xidməti
Qiymətlər noyabrdan qalxır, yardımların gələn ildən artırılması gözlənilir
İllərdir bayram , altı – bazar dincəliş günləri gələndə Azərbaycan əhalisinin canına qayğı-təlaş dolur, görəsən, Tarif Şurası suyun, qazın, işığın, istiliyin, gediş haqqının qiymətini gecə ilə nə qədər artıracaq ? Bu ilin 31 yanvar bazar günündə , hələ üstəlik pandemiyanın toplaşmağa qadağa qoyduğu vaxtda Tarif Şurasının gizlin “toplaşaraq” suyun qiymətini iki dəfə artırmasının aztəminatlı şəxslərə elə də yetkisi olmayacağı vurğulandı. Bu artım yetkisizliyinin sosial-iqtisadi “əsaslandırılmasının” sürdüyü 9 ayda benzinin də qiyməti qalxdi və təbii ki, aztəminatlı ailələrin büdcəsinə “yetkisi olmadığından” sosial ödənişlərin məbləğinin artırılması yada düşmədi . 3 gün qabaq iş günü olmayan 16 oktyabrda Tarif Şurasının adlı-sanlı üzvləri istirahət -dincəlişlərini pozaraq, qazın və işığın qiymətini aztəminatlı əhalinin “xeyrinə” noyabrın 1-dən 20 faiz həcmində artırmağa qərar veriblər. Çox böyük diqqət və qayğıdır, qiymət artımı , əvvəllər olduğu kimi, anında yox, 15 gündən sonra qüvvəyə minir. Hökumət əhalinin sosial ödənişlərinin artırılması qayğısına qalmağı gələn ildən fikirləşəcək . Onsuz da, hökumət rəsmiləri qiymət artımının aztəminatlı ailələrə yetkisiz olacağını “əsaslandırmaqda” dil-boğaza qoymurlar. Anlamaq olmur , qiymətlərin artdığı, gəlirlərin dəyişməz qaldığı, son illərdə hətta azaldığı halda, əhalinin sosial durumunun yaxşılaşacağı necə baş verə bilər? Bəs qanunverici dövlət orqanı – Milli Məclis nə fikirləşir?
Prezidentin 26 dekabr 2001-ci il tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanının 1-ci bəndinin 5-ci hissəsinə əsasən, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ailə üzvlərinin hər birinə ayrılan 12 manatlıq aylıq müavinətin verilməsindən Milli Məclis bayram günü - 31.12.2020 tarixli 1223 saylı qanunla imtina edib! (?) “Sosial – iqtisadi əsaslandırma” - şəhid ailələrinə Prezident təqaüdünün artırılması olub! (?) Belə “diqqət və qayğı”dan hansı ölkədə var? Sözügedən fərmanın 1-ci bəndinin 1-ci hissəsinə əsasən, Qarabağ , 20 Yanvar, Böyük Vətən (?-M. B. ), Çernobil əlillərinə ayrılan və 05.01.2021-ci il tarixli 1244 saylı Prezident fərmanı ilə 26 manat müəyyən edilən aylıq müavinətin verilməsindən isə hökumət özü, ƏƏSMN imtina etməkdədir. Yeri gəlmişkən, həmin fərmanla şəhidin dul qalmış həyat yoldaşına 18 manatlıq aylıq müavinətin verilməsindən də imtina edilir. “Həlak olmuş döyüşçülərin dul arvadları” dedikdə hökumət Qarabağ Vətən müharibəsi döyüşçülərini yox, “Böyük Vətən” müharibəsi döyüşçülərini nəzərdə tutur! (?)
Şəhid ailələrinə “milli” hökumətin “diqqət və qayğı” siyasəti pensiyalarının 4 il yarım qabaqdan azaldılmasında əksini tapıb. Milli Məclisin 10.03.2017 tarixli 543-VQD saylı Qanunu ilə “Əmək pensiyaları haqqında” qanunun 18.1-ci maddəsi ləğv edilərək, şəhidin həyat yoldaşına (və ya valideyninə) əmək pensiyasının baza hissəsinin 100 faizi, uşaqlarına, digər ailə üzvlərinə 50 faizi ödənilməsi əvəzinə, 18.2 maddəsi əsasında pensiyanın ailə üzvlərinin sayına nisbətdə təyin edilməsi qərara alınıb. Kimsə deyə bilər ki, bununla bağlı şəhid pensiyası niyə və necə azalır ? Aydın olsun deyə, 10.03.2017 tarixinə kimi ailə başçısını itirməyə görə pensiyanın baza və sığorta hissədən ibarət olmaqla, baza hissəsinin əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatı rolunu oynadığını vurğulayaq. Milli Məclis həmin tarixdən pensiyaların baza hissəsinin üzərindən xətt çəkməklə pensiyaçıların sosial müdafiəsinin dövlət təminatını da ləğv etmiş oldu. 500 manatlıq pensiya təminatına haqq edən beş nəfərlik şəhid ailəsinin başçısı (şəhidin əmək pensiyası hüququ olan həyat yoldaşı və ya valideyni) 2017-ci ilə kimi ortalıq 120 manatlıq baza hissəsi və 380 manatlıq sığorta ödənişini, digər 4 ailə üzvünün hər biri isə 120 manatlıq baza hissəsinin 60 manatlıq yarısı məbləğində (toplam 240 manat ) pensiya alırdısa, 5 ilə yaxındır, həmin 500 manatlıq pensiya məbləği ailə üzvləri arasında bölüşdürülməklə təyin olunur. Bu isə o deməkdir ki, şəhid ailələrinin toplam pensiyası 50 faiz həcmində azalıb. 500 manatlıq pensiya təminatı haqqı olan beş nəfərlik şəhid ailəsinin pensiyası 2017-ci ilə kimi ortalıq 740 manat idisə, beş il olacaq ki, bu məbləğ 500 manatı keçmir. Biz hələ sığorta hissəsinin də beş nəfər arasında bərabər bölünməklə pensiyanın üzərinə əlavə olunmasını demirik. “Əmək pensiyaları haqqında” qanunun 18.1 maddəsinin ləğv edilməsi ilə həmin əlavələr də hesablana bilmir. Elə bu qanunun 19-cu maddəsi də 29 dekabr 2020-ci il tarixli 240-VlQD saylı qanunla ləğv edilərək Qarabağ əlillərinin , şəhid ailələrinin pensiyalarına nəzərdə tutulan əlavələrin verilməsindən imtina edilib. “Əsas” kimi Prezident təqaüdünün artırılması göstərilir. Bəyəm Prezident təqaüdü indiyədək artırılmayıb? Şəhid ailələrinə 2007-ci, qazilərə 2009-cu ildən 90-100 manatlıq Prezident təqaüdü təyin edilməsini nəzərə alsaq, şəhid və qazi ailələrinin pensiyalarının azaldılmasını təqaüd artımı ilə izah etmək absurddur. Faktiki olaraq, şəhid ailələrinə, qazilərə qarşı düşmənçilik siyasəti hökm sürür. 2002-ci ildən ayrılan kommunal, nəqliyyat və digər xidmətlər əvəzi cüzi aylıq müavinətin verilməsindən imtinanı da Prezident təqaüdünə “bağlayan” deputatlar və sosial müdafiə məmurları, görəsən, qazi və şəhid ailələrindən olmayan , eləcə də əlillik dərəcələri “qəssab” həkimlər , “cəllad” hakimlər tərəfindən ləğv edilən aztəminatlı şəxslərin kommunal xidmət qiymətlərinin qarşısında “sınmalarını” nə ilə “bağlayacaqlar” ?
2022-ci ilə kimi yaşaya bilsək, görərik. ..
Məğrur Bədəlsoy
20-10-2021, 16:31
5-01-2014, 23:33
3-12-2013, 14:34
18-01-2014, 01:00
6-11-2013, 11:40
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?