GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatı niyə işləmir? - TƏBİB-ə sual olunur...

“Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatı niyə işləmir? - TƏBİB-ə sual olunur...

Tarix: 27-04-2022, 15:00 Bölmə :--- Baxış: 291


Xəstəxanaların Səhiyyə Nazirliyindən alınaraq TƏBİB-ə verilməsindən sonra bu sistemdə köklü dəyişikliklərin baş verəcəyinə ictimaiyyət arasında çoxları ümid edirdi. Lakin çox təəssüflər olsun ki, bu gün tibb müəssisələrində baş verən neqativ halları aradan qaldırmağa TƏBİB də müəssər olmayıb.Xəstəxanalardakı çoxsaylı çatışmazlıqlar barədə sosial şəbəkələrdə yetərincə məlumatlara rast gəlmək mümkündür. Respublikanın bir çox xəstəxanalarında baş verən qanunsuzluqlara qarşı heç bir tədbirin görülməməsi də bu məlumatlara daxildir. Burada həm də rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlər var.

Paytaxtdakı ən böyük xəstəxanalarından biri olan “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsidir ki, sakinlər buranı 3 saylı Şəhər Klinik Xəstəxanası kimi tanıyırlar. Ümumi ərazisi 5 hektara yaxındır. 17 korpusdan ibarətdir. Ən böyük şöbələri urologiya, kardiologiya, cərrahiyyə, uşaq və doğum şöbələridir. Bir növ bu xəstəxana daha çox əhalinin kasıb təbəqəsinin üz tutduğu bir yerdir. Amma verilən məlumatlara görə son vaxtlar bu xəstəxanada da dəyişikliklər olub və göstərilən xidmətlər heç də hamının cibinə uygun gəlmir.
Gumdemxeber.az aktualinfo.org-a istinadla bildirir ki, artıq “Sabunçu Tibb Mərkəzi”ndə olan qiymətlər heç də Bakıda fəaliyyət göstərən özəl klinikalardan geri qalmır. Belə ki, burada ultrasəs müayinəsinin qiyməti 10-20 manat arasındadır. Xəstəxanada “UZİ”-dən keçən xəstələr 20 manat, bronxların və ağciyərlərin rentgeni 15 manat, ürəyin kardioqramması 20 manat, mədənin endoskopiyası isə 20-25 manata başa gəlir. Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır. Ən acınacaqlı hal isə budur ki, alınan pulun müqabilində peşəkar xidmət yoxdur.
Məlum olduğu kimi son illər Azərbaycanda ən çox üz tutulan müayinələrdən biri də maqnit rezonans tomoqrafiyası və ya qısaca MRT-dir. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir və bu zaman bioloji toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olur. Sözügedən müayinəyə tələbi nəzərə alaraq ölkənin ayrı-ayrı bölgələrindən paytaxta üz tutan minlərlə vətəndaşa paytaxtın bir sıra xəstəxana və klinikalarında bədənin hər bir nahiyəsi üzrə ayrı-ayrı qiymətlər təklif olunur. Yəni pasient eyni zamanda bədənin üç nahiyəsinin müayinəsinə endirimlə ən azı 350-400 manat xərc çəkməli olur. Bu yaxınlara qədər “Sabunçu Tibb Mərkəzi”ndə MRT müayinəsi üçün qiymətlər hər kəs üçün əlçatan idi.
Amma burada bəzi vəzifəlilələr sadə vətəndaşlara bunu da çox görüblər. Belə ki, artıq ikinci aydır ki, “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatı ilə müayınə dayandırılıb. Müayinə üçün uzaq bölgələrdən gələnlər də, elə paytaxt sakinləri də məcbur olub özəl klinikalara müraciət etməli olurlar. “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatının işləməmisinin səbəbi isə helium qazının vurulmadığı göstərilir. Xəstəxanadan müayinə üçün üz tutanlara bildirilib ki, son iki ayda TƏBİB-ə rəsmi və qeyri rəsmi dəfələrlə müraciət olunub. Lakin TƏBİB MRT aparatına helium qazının vurulmasını təmin etmir. Maraqlıdır, helium qazının bu aparata vurulması o qədərmi çətindir ki, “Sabunçu Tibb Mərkəzi”nin rəhbərliyi də, TƏBİB rəsmiləri də iki aydır bunun öhdəsindən gələ bilmir?
Burada səbəb başqa məsələ də ola bilər. Məsələn aparata helium qazı ona görə vurulmur ki, pasientlər məcbur olub başqa xəstəxana və klinikalara müraciət etsin. Axı, yuxarıda qeyd etdiyimiz kimi digər xəstəxana və özəl klinikalarda qiymətlər daha bahadı və pasientləri yönləndirməklə buradan müəyyən faiz əldə etmək olar. Bunun başında TƏBİB rəsmiləri durmur ki, görəsən? Hamı üçün əlçatan olan bir MRT aparatının fəaliyyətinin iki aydır bərpa edilməməsinə başqa nə ad vermək olar ki? Məlum olduğu kimi, TƏBİB dövlət xəstəxanalarında tibbi avadanlıqların alınmasına, təmirinə hər il külli miqdarda vəsait xərcləyir. Bəs “Sabunçu Tibb Mərkəzi”ndə MRT aparatının fəaliyyəti niyə bərpa olunmur? Sual TƏBİB-ə olunur.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi Klinik Xəstəxanada

    Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi ...

    25-12-2013, 12:28

  • 
  • TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına münasibət bildirib

    TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin ...

    19-01-2021, 12:29

  • 
  • TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM

    TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə ...

    25-07-2020, 12:40

  • 
  • 2 nömrəli Bakı Baza Tibb Kolleci BAZARDIR... - Buranın yetişdirdiyi kadr nə olacaq ki...

    2 nömrəli Bakı Baza Tibb Kolleci BAZARDIR... - ...

    2-03-2022, 11:04

  • 
  • TƏBİB karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib

    TƏBİB karantin rejiminin sərtləşdiriləcəyi ilə ...

    13-03-2021, 12:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu