GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Yeniyetmələrin “TikTok” sevdası: Günahkar kimdir? - ARAŞDIRMA

Yeniyetmələrin “TikTok” sevdası: Günahkar kimdir? - ARAŞDIRMA

Tarix: 30-04-2022, 12:42 Bölmə :--- Baxış: 1 156

Son günlər “TikTok”dan yeniyetmələrin istifadəsi artıb. Belə ki, onlar sırf bu şəbəkədə məşhurlaşmaq üçün başqalarını qıcıqlandıracaq, düşünülməyən hərəkətlər edirlər. 

Bununla bağlı bir neçə misal çəkmək istərdik. 

Belə ki, ötən gün metronun “20 Yanvar” stansiyasında platformadan qatar yoluna yetkinlik yaşına çatmayan iki bacı düşüb. Onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri “TikTok” sosial şəbəkəsində paylaşmağı düşünüblər.

Eyni zamanda, dörd yeniyetmə oğlan digər yeniyetmənin şərəf və ləyaqətini alçaldıb, bunu mobil telefonla çəkərək “TikTok”da paylaşıblar.

Bəs uşaqlar “TikTok”dan düzgün necə istifadə etməlidirlər?

Klinik psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova Oxu.Az-a açıqlamasında bildirib ki, “TikTok”, “Facebook”, “Instagram”, “WhatsApp” və digər sosial şəbəkə proqramları bu gün həyatımıza o qədər daxil olub ki, bununla da texnologiya asılılıqlarının sayı hədsiz artıb:

“Bu asılılığın digər asılılıq növlərindən fərqli olaraq yaş məhdudiyyəti yoxdur. Ancaq zərərli təsirlərinə ən çox məruz qalan yeniyetmə və gənclərdir. Bu da onların ən təməl ehtiyacı olan hansısa bir qrupa aid olma, paylaşma və sosiallaşmaq istəmə ehtiyacları ilə bağlıdır. Bir yeniyetmənin həyatında internet, oyunlar, sosial şəbəkələr bir çox rol oynayır.

Bu, yaşıdları arasında bir nüfuz sahibi olma göstəricisi kimi sayıla bilir, həm də onlarla danışılacaq ortaq mövzunun olmasına imkan verir. Onlar hansısa bir oyunda mərhələ-mərhələ keçdikcə və ya sosial şəbəkədə videopostlarına, şəkillərinə “like”lar çox gəldikcə, sanki həmin qrup arasında özünü təsdiq etmiş olur.

Təəssüf ki, bu baxımdan yeniyetmələr üçün ən rahat, eyni zamanda da ən təhlükəli, neqativ təsirlərinin çox olduğu platforma məhz “TikTok”dur. Bu proqramdan istifadədə ümumiyyətə yaş senzurası qoyulmayıb və filtrləmə funksiyası çox da geniş deyil.

Yəni övladlarımızın qarşısına onun yaşına uyğun olmayan videolar, postlar çox çıxır və rahatlıqla da tətbiq oluna bilir. Bu cür zərərli paylaşımlara, sosial şəbəkədən hədsiz istifadə və asılılıqlara daha real həyatda özünü doğrulda bilməyən, evdə, ailədə, cəmiyyətdə sözünü deyə bilməyən, özünü ifadə etməyə imkanı olmayan, ünsiyyət çətinliyi yaşayan uşaqlar daha çox meyil edirlər.

Bu uşaqların adətən özünəgüvəni aşağı, yaşıdları ilə ünsiyyət qura bilmə qabiliyyəti zəif, depressiv əhvali-ruhiyyədə, özünəqapanıq, həyəcan təşvişi çox olur. Real həyatda çox qadağalara, qayda-qanunlara məruz qalan uşaqlar da bu məzmunlu paylaşımlara meyil edə bilirlər.

Ona görə də özünü reallaşdıra bilməyən uşaqlar bu ehtiyacını sosial şəbəkələrdə və ya oyunlarda ödəyirlər. Sosial şəbəkələrdə minlərlə izləyicisi, aktiv paylaşımları olan, sərt, açıq-saçıq rəylər yazan uşağın bəlkə də real həyatda tək bir dostu belə yoxdur, hər hansı bir mövzuda fikrini soruşsan, dili dolaşacaq, həyəcan basacaq, əl-ayağı əsəcək. Xəyallarında qurduqları dünyanı, “mən” obrazını məhz sosial şəbəkə və oyunlar vasitəsilə reallaşdırırlar.

Məsələn, yeniyetmə saçını maviyə boyamaq istəyir, amma ailəsi icazə vermir. Baxsanız, görərsiniz ki, həmin yeniyetmə oyunda özünə bir obraz yaradır və saçları mavi olur. Əslində uşaqlarımızın oynadığı oyunları diqqətlə izləsək, onların daxili dünyası haqqında da məlumatlı ola bilərik”.

Psixoloq valideynlərə müraciət edib və onları çox diqqətli olmağa çağırıb:

“Təbiidir ki, indi elə bir dövrdür ki, uşaqları internetdən, telefondan tamamilə təcrid edə bilmərik və bu, düzgün də deyil. Sadəcə yaşlarına uyğun olaraq, istifadəni məhdudlaşdırmalı və nəzarətdə saxlamalıyıq. Yaxşı olar ki, övladlarımız ilə sosial şəbəkələrdən istifadə qaydaları, oradan gələ biləcək təhlükələr barəsində öncədən danışaq, onları maarifləndirək. Sosial şəbəkələrdən özünün və ailəsinin şəxsi məlumatlarının, telefon nömrəsinin, ünvanının, pul kartlarının şifrələrini və sair açıqlamamağın vacibliyini vurğulasınlar.

Ən önəmli nüans isə övladlarımıza məhdudiyyətləri qoyarkən, özümüz də davranışlarına fikir verməliyik. Çünki onlar bizim sözlərimizdən çox, hərəkətlərimizdən nümunə götürürlər. Əgər ana özü telefon aludəçisidirsə, ata evə gəldikdən sonra telefonu əlinə alıb oyun oynayır, gününün çox hissəsini telefonda keçirirsə, biz övladımızdan bu qayda-qanuna riayət etməsini nə dərəcədə tələb edə bilərik?”.

“TikTok” 2016-cı ilin sentyabr ayında Çində yaradılıb. Videoçəkiliş, paylaşma və canlı yayım xüsusiyyətlərinə malik bir sosial platformadır. 

Pornoqrafiyaya təşviq etdiyi iddiası ilə sözügedən proqramın istifadəsi 2019-cu ildə bir neçə həftə Hindistanda qadağan edilib. Proqramın nümayəndəsi onların yerli qanunlara riayət etdiyini bəyan edib. Məhkəmə platformanın bloklama ilə əlaqədar qərarına yenidən baxmağa imtina etdiyinə görə, şirkət bəyan edib ki, onun qaydalarına qarşı olan 6 milyondan çox video proqramdan silinib.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp “TikTok”u qadağan edən sənəd imzalayacaq

    Tramp “TikTok”u qadağan edən sənəd imzalayacaq ...

    1-08-2020, 11:04

  • 
  • "TikTok" uğrunda mübarizə və onun fəsadları

    "TikTok" uğrunda mübarizə və onun ...

    22-09-2020, 11:42

  • 
  • Azərbaycanda 14-15 yaş yeniyetmələrin narkotikdən istifadə hallarına rast gəlinir

    Azərbaycanda 14-15 yaş yeniyetmələrin narkotikdən ...

    25-06-2013, 11:43

  • 
  • Metroda gənc oğlan özünü qatar yoluna atıb

    Metroda gənc oğlan özünü qatar yoluna atıb ...

    24-05-2018, 11:27

  • 
  • Tanınmış aktyor Pərvin Abıyevanı yalanladı: “35 min dollar görməyib”

    Tanınmış aktyor Pərvin Abıyevanı yalanladı: “35 ...

    25-04-2022, 14:35


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu