Bu gün ölkdə narkotik istifadəçilərinin sayı 27 min 910 nəfərdir
Son vaxtlar ölkədə narkotiklərə meyillilik artıb. Bunu ANS PRESS-ə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirib.
Onun sözlərinə görə, artım həm dünyada, həm də ölkəmizdə müşahidə olunur: "Bu tendensiya xüsusilə gənclər və yeniyetmələr arasında müşahidə olunur. Səhiyyə Nazirliyini rəsmi statistik məlumatlarına görə, bu gün ölkədə narkotik istifadəçilərinin sayı 27 min 910 nəfər təşkil edir. Onların 21 min 999-u dispanser, 5911 nəfəri isə profilaktik qeydiyyyata alınıblar. Anonim qeydiyyata alınanların sayı 567 nəfər təşkil edir. Rəsmi statitsika son 5 ildə nakotiklərdən istifaddə yaş senzinin 30-dan 17-yə düşdüyünü göstərir. Regionlarda, xüsusilı cənub regionlarında hətha 14-15 yaşlı yeniyetmələrin narkotikdən istifadə hallarına rast gəlinir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?