GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Kreml: Rusiya qoşunları Ukraynanın şərqində separatçıların nəzarətində olan əraziləri “qoruyur”

Kreml: Rusiya qoşunları Ukraynanın şərqində separatçıların nəzarətində olan əraziləri “qoruyur”

Tarix: 4-06-2022, 12:15 Bölmə :--- Baxış: 224

Kremlin sözmüsü Dmitri Peskov cümə günü deyib ki, Rusiya qoşunları Ukraynanın şərqində separatçıların nəzarət etdiyi ərazilərdə “dinc əhalini qorumaq” kimi əsas məqsədlərinə nail olublar.

O əlavə edib ki, Rusiya qüvvələri Ukraynanın bəzi hissələrini “azad ediblər” və “bu iş xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə çatana qədər davam edəcək.”

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Rusiya qüvvələrinin Ukrayna ərazisinin təxminən 20%-ni işğal etdiyini bildirib. Cümə günü bir neçə cəbhədə davam edən döyüşlərin 100-cü günüdür.

“Təsəvvür edin! 1000 kilometrdən daha uzun olan cəbhə xəttində daimi döyüş gedir,” Zelenski cümə axşamı Lüksembruq parlamentində virtual çıxışında deyib. O bildirib ki, Moskva qüvvələrinin nəzarət etdiyi Ukrayna əraziləri bütöv Niderland ərazisinə bərabərdir.

Zelenski Rusiyanın fevralın 24-də hərbi müdaxiləyə başlayandan bəri nə qədər ərazini ələ keçirdiyini deməyib. Moskva Ukraynanın Krım yarımadasını 2014-cü ildə ələ keçirib. Rusiyanın dəstəklədiyi separatçılar həmçinin Donbas bölgəsinin bəzi hissələrini ələ keçiriblər. İndi ən şiddətli döyüşlər də məhz Donbasda aparılır.

Ukrayna cümə axşamı qüvvələrinin ölkənin cənubunda Xerson bölgəsində 20 kiçik qəsəbə və kəndi geri aldığını bildirib. Bu arada isə Rusiya qüvvələri Ukraynanın Luhansk bölgəsində nəzarətində saxladığı ən son böyük şəhər olan Severodonetskə hücumu davam edir.

Luhanskın qubernatoru Serhiy Hayday deyib ki, Rusiya şəhərin təxminən 70 faizinə nəzarət edir, küçələrdə ağır döyüşlər gedir.

Britaniyanın müdafiə nazirliyi bildirib ki, Rusiya şəhərin böyük hissəsinə nəzarəti ələ keçirib. Nazirlik bildirib ki, Ukrayna qüvvələri Severodonetskə əsas yola nəzarət edir, Rusiya isə “artilleriyanın ağır konsentrasiyası sayəsində davamlı olaraq irəliləyişlə əldə edir.”

Ukrayna rəsmisi deyib ki, Kyiv qüvvələri diqqəti Donbasda döyüşlərə cəmləşdirən Rusiya qüvvələrinin qismən qarşısını almaq üçün müharibənin başında Ukraynanın cənubunda itirilən əraziləri geri almağa ümid bəsləyirlər.

Zelenski bildirib ki, ölkəsi aldığı bütün yardımlara görə minnətdar olsa da, müttəfiqlər Ukraynaya silah tədarükünü artırmalıdırlar.

Ukrayna liderinin şərhləri ABŞ prezidenti Co Baydenin Rusiyanın işğalının dördüncü aya girdiyi bir vaxtda Birləşmiş Ştatların Ukraynaya 700 milyon dollarlıq “qabaqcıl raket sistemləri və döyüş sursatları” paketi verdiyini söyləməsindən bir gün sonraya təsadüf edib. Ağ Ev rəsmiləri deyirlər ki, Ukrayna bu raketləri Rusiya ərazisinə atmayacağına söz verib.

"Bu yeni paket onları ərazilərini Rusiyanın irəliləyişlərindən müdafiə etmək üçün HIMARS (Yüksək Hərəkətli Artilleriya Raket Sistemi) da daxil olmaqla, müasir döyüş sursatları ilə silahlandıracaq", Bayden çərşənbə günü verdiyi bəyanatda açıqlayıb. "Biz Ukraynanın azadlıq mübarizəsini dəstəkləmək üçün tarixi yardım göstərməkdə dünya birincisi olaraq qalmağa davam edəcəyik".

Zelenski gündəlik müraciətində bildirib ki, HIMARS paketi Ukrayna üçün "üç mühüm xəbər" siyahısındakı bir elementdir.

Digər iki element Avropa İttifaqının Rusiyaya qarşı "altıncı sanksiya paketinin həyata keçirilməsi istiqamətində" addımlarıdır ki, bu da Zelenskinin sözlərinə görə, "əsasən neftlə bağlıdır", həmçinin "daha çox səfirliyin" "tam hüquqlu fəaliyyətini" və Kyivdəki işini bərpa etməsi faktıdır.

"Dünya Rusiya neftindən imtina edir" – deyən Zelenski "Üstəlik, daha yaxşı və daha yüngül neft hasil edən digər ölkələr Rusiya tədarükünü əvəz etməyə hazırlaşır. Ona görə də işğalçı dövlət bu sahədə böyük gəlirlər itirir" fikirlərini əlavə edib. Onun sözlərinə görə, Rusiya "gəlirlərin çox ağrılı şəkildə azalmasının müharibənin qaçılmaz nəticəsi olduğuna öyrəşməlidir".

Bayden administrasiyasının rəsmiləri bildiriblər ki, yeni silah paketi Ukraynanın şərqində gedən münaqişənin hazırkı mərhələsinin "ehtiyaclarına uyğunlaşdırılıb".

Müdafiə nazirinin siyasət üzrə müşaviri Colin Kahl çərşənbə günü bildirib ki, ABŞ yeni raket sistemlərindən dördünü göndərir və Ukrayna qüvvələrinə onlardan istifadə etmək təlimi üçün təxminən üç həftə vaxt lazımdır. O, təlimin harada keçiriləcəyini söyləməkdən imtina edib, lakin sistemlərin Avropa qitəsində olduğunu söyləyib.

"HIMARS onlara 70 kilometrdən çox uzaqdakı hədəflərə qarşı daha böyük qarşıdurma əldə etməyə imkan verəcək" o, bildirib. "Hazırda onlara təqdim etdiyimiz haubitsalar təxminən 30 kilometr məsafəyə malikdir, HIMARS isə bundan iki dəfə çox məsafəyə malikdir, bu da onlara, daha az sistemlə belə, daha çox dayanmağa imkan verəcək. Fərqləndirici başqa bir xüsusiyyəti də qeyri-adi dərəcədə dəqiqlikdir".

Çərşənbə günü Vaşinqtonda Dövlət katibi Antoni Blinkenlə birlikdə çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, bu münaqişənin necə və nə vaxt bitəcəyi bəlli deyil, lakin NATO sülh danışıqları baş tutanda Ukraynanı güclü mövqedə görmək istəyir. Blinken deyib ki, Rusiya münaqişəni yavaşlatmaq və ya dayandırmaq səlahiyyətinə malikdir.

Bayden çərşənbə axşamı The New York Times qəzetində dərc olunan məqalədə Rusiya ilə müharibə istəmədiyi haqda danışıb.

"Cənab Putinlə razılaşmasam və onun hərəkətlərini qəzəbli hesab etsəm də, Birləşmiş Ştatlar onu Moskvada devirməyə cəhd etməyəcək", Bayden deyib.

"Birləşmiş Ştatlara və ya müttəfiqlərimizə hücum edilmədikcə, biz Amerika qoşunlarını Ukraynada döyüşmək üçün göndərməklə və ya Rusiya qüvvələrinə hücum etməklə birbaşa olaraq bu münaqişədə iştirak etməyəcəyik. Biz Ukraynanı öz hüdudlarından kənara zərbə endirməyə təşviq etmirik və ya ona imkan vermirik".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib ki, Ukraynaya reaktiv yaylım atəşi sistemlərinin tədarükü münaqişənin genişlənməsi riskini artıra bilər. Ukraynanın Qərb müttəfiqlərindən silah tələb etməsini "Qərbi döyüşə cəlb etmək məqsədi daşıyan birbaşa təxribat" adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü jurnalistlərə deyib ki, ABŞ-ın silah tədarükü sülh danışıqlarının yenilənməsini təşviq etmir.

Daha qabaqcıl silahların göndərilməsi qərarı Bayden administrasiyasının əvvəlki istəksizliyindən sonra verilib. Ağ Ev rəsmiləri çərşənbə axşamı jurnalistlərə bildiriblər ki, ABŞ-ın Ukraynaya göndərdiyi 11-ci silah tədarükü olan yeni silah paketinə raket sistemi, atəşə qarşı radarlar, hava nəzarəti radarları, əlavə Javelin tank əleyhinə raketlər və digər anti-tank raketləri daxildir.

ABŞ, həmçinin ukraynalılara mövcud avadanlıqlarını təmir etmək üçün daha çox helikopter, 200 mindən çox artilleriya mərmi və bir paket ehtiyat hissələri göndərir./amerikaninsesi.org/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib

    ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib ...

    18-09-2020, 10:39

  • 
  • Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO

    Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO ...

    18-02-2020, 11:33

  • 
  • Zelenski: Ukraynalılar Putinin pasport haqda təklifini rədd edəcək

    Zelenski: Ukraynalılar Putinin pasport haqda ...

    29-04-2019, 13:24

  • 
  • Ukraynanın şərqində şaxtada baş verən partlayış nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb

    Ukraynanın şərqində şaxtada baş verən partlayış ...

    29-04-2019, 13:26

  • 
  • ABŞ Rusiyaya xəbərdarlıq edib

    ABŞ Rusiyaya xəbərdarlıq edib ...

    1-09-2018, 12:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu