Ukrayanın şərqində separatçıların nəzarəti altında olan ərazidə kömür şaxtasında baş verən partlayış nəticəsində ölənlərin sayı şənbə günü 17 nəfərə çatıb.
Cümə axşamı Luqansk ərazisinin Yuriyevka kəndində şaxtada qaz partlayışı baş verib. Bu ərazi 2014-cü ildən etibarən Kiyevdən ayrılaraq, Moskvanın dəstəklədiyini üsyançıların nəzarətinə keçib.
“Faciə 17 şaxtaçının həyatına son qoyub” – deyə tanınmamış Luqansk respublikasının rəhbəri Twitter vasitəsilə bildirib. O, əlavə edib ki, həlak olanların cəsədləri şaxtadan çıxarılıb.
Daha öncə 13 nəfərin öldüyü və daha 4 nəfərin axtarışda olduğu bildirilirdi.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi müraciətdən sonra əraziyə xilasedicilər göndərib.
Luqanskın xəbər agentliyi münaqişə nəticəsində 2014-cü ildən bəri qapalı olan şaxtanın 2018-ci ildə yenidən açıldığını bildirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?